Kosmik obyektlər dedikdə, süni səma cismi (Yerin sputnikləri, orbital stansiyalar), onun kosmik fəzaya çıxarılması vasitələri, kosmik fəzaya buraxılmış və ya kosmik fəzada, yaxud səma cisimlərində quraşdırılmış digər hissələri başa düşülür.
Kosmik obyektlər üzorində mülkiyyət hüququ onların kosmik fəzada və səma cismində olduğu və ya Yerə qayıtdığı zaman toxunulmamış qalır. Kosmik obyektlər onları kosmosa buraxan dövlətin ərazisindən kənarda aşkar edildikdə, həmin dövlətin xahişi ilə və bütün müvafiq xərclərin həmin dövlət tərəfindən ödənilməsi ilə ona qaytarılmalıdır.
Kosmik fəzaya buraxılan obyektlərin qeydiyyatı haqqında 1975-ci il Konvensiyasına uyğun olaraq, kosmosa buraxılan hər bir obyekt qeydiyyatdan keçirilməlidir və milli reyestrə daxil edilməlidir. Kosmik obyektin qeydiyyatdan keçdiyi dövlət həmin obyekt üzərində yurisdiksiyaya malik olur. 1961-ci ildən etibarən BMT Baş Katibi kosmik obyektlərin Reyestrini apanr; buraya hər bir kosmik obyektlə bağlı məlumatlar daxil edilir.
Dostları ilə paylaş: |