Dövlətin bütün milli kosmik fəaliyyətə görə beynəlxalq məsuliyyəti prinsipi, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq kosmos hüququnun əsas prinsiplərindən biridir; kosmik fəaliyyətin hökumət orqanları və ya özəl şəxslər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, məsuliyyəti dövlət daşıyır. Bu fəaliyyətdə beynəlxalq təşkilatın iştirak etdiyi halda isə, təşkilat və ona üzv olan dövlətlər birgə məsuliyyət daşıyır.
llüquqauyğun kosmik fəaliyyət nəticəsində xarici dövlətə və ya onun fiziki və hüquqi şəxslərinə zərər dəymişsə, bu zərərin ödənilməsi vəzifəsi kosmik obyektin buraxılmasım həyata keçirmiş və ya təşkil etmiş dövlətin, habelə ərazisindən və ya qurğusundan həmin obyekt buraxılmış dövlətin üzərinə qoyulur. Dövlətin bu hallarda daşıdığı maddi məsuliyyətin həyata keçirilməsi əsasları və qaydası Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyasında müəyyən olunmuşdur. Konvensiyaya görə, kosmik obyektin vurduğu zərər dedikdə, insan ölümü, bədən xəsarəti, səhhətə dəyən digər zərər, dövlətlərin, fiziki və ya hüquqi şəxslərin, beynəlxalq təşkilatların əmlakına vurulan zərər başa düşülür.
Kosmik fəaliyyətin həyata keçirilməsi nəticəsində Yerdəki və ya hava məkanındakı obyektlərə zərər dəymişsə, ortaya çıxan məsuliyyət mütləq (obyektiv) məsuliyyətdir; heç bir beynəlxalq hüquq norması pozulmasa da, dövlət bu zərəri ödəməlidir. Kosmik
fəaliyyət bu halda yüksək təhlükə mənbəyi kimi nəzərdən keçirilir. Kosmik obyekt tərəfindən başqa bir dövlətin obyektinə kosmik fəzada və ya səma eismi üzərində vurulan zərərə görə isə məsuliyyət yalnız təqsir olduqda ortaya çıxır.
Dostları ilə paylaş: |