Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


FƏSİL BEYNƏLXALQ EKOLOGİYA HÜQUQU Beynəlxalq ekologiya hüququnun anlayışı və mənbələri



Yüklə 0,96 Mb.
səhifə171/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   219
beynelxalq huquq

FƏSİL



BEYNƏLXALQ EKOLOGİYA HÜQUQU

    1. Beynəlxalq ekologiya hüququnun anlayışı və mənbələri




Beynəlxalq ekologiya hüququ - ətraf mühitin çirklənmədən qorunması və təbii ehtiyatların rasional istifadəsi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan normaların məcmusuna deyilir.

Təbiətin qorunması və onun ehtiyatlarından məqsədəuyğun istifadə olunması - müasir dövrün qlobal problemlərindən biridir. Bu problemin həllində bütün dövlətlər maraqlı olmalıdırlar.

Bu ideya mühüm beynəlxalq sənədlər olan Ətraf mühitin problemlərinə dair 1972-ci il Stokholm Bəyannaməsində Ətraf mühit və inkişafa dair 1992-ci il Rio-de Janeyro Bəyannaməsində, habelə bir sıra beynəlxalq müqavilələrdə birbaşa təsbit olunmuşdur; məsələn: Dənizin tullantdarla digər materiallarla çirklənməsinin qarşısı alınması haqqında 1972-ci il Konvensiyasında (preambu- lada) bəyan edilir ki, insan üçün həyati əhəmiyyətə malik olan dənizin və onun canlı orqanizmlərinin qorunmasında bütün insanlar maraqlıdırlar; Təbiətin və təbii ehtiyatların qorunub saxlanması haqqında 1968-ci il Afrika Konvensiyasında (prcambulada) deyilir ki, torpaq, su, flora və fauna bəşəriyyət üçün həyati əhəmiyyətə malikdir. Bioloji müxtəliflik haqqında 1992-ci il Konvensiyasının preambulasında göstərilir ki, bioloji müxtəlifliyin qorunub saxlanması bütün bəşəriyyətin ümumi vəzifəsidir.

Müasir dövrdə ayrılıqda bir dövlət üçün ekoloji təhlükəsizlik sistemi yaradılması, demək olar ki, qeyri-mümkündür. Yalnız birgə

səylərlo, müvafiq hüquqi rejim yaratmaqla, bugünkü və gələcək nəsillərin sağlam yaşayışını və inkişafını təmin etmək olar. Buradan belə bir məntiqi nəticə alınır ki, ətraf mühitin qorunub saxlanmasında və ekoloji ehtiyatların adekvat mühafizəsində beynəlxalq ekologiya hüququ həlledici rol oynaya bilər və oynamalıdır.

Beynəlxalq ekologiya hüququnun predmetinə aşağıdakı məsələlər daxildir; 1) ətraf mühitə müxtəlif mənbələrdən dəyən zərərin qarşısının alınması, azaldılması və aradan qaldırılması; 2) təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi rejiminin təmin edilməsi; 3) ətraf mühitin mühafizəsi ilə bağlı dövlətlərin elmi-texniki əməkdaşlığı.

Ətraf mühitin bcynəlxalq-hüquqi mühafizəsinin aşağıdakı obyektləri vardır:



  1. milli təbii ehtiyatlar: dövlətin yurisdiksiyası altında yerləşən bu ehtiyatların hüquqi rejiminin müəyyən edilməsində daxili hüquq normaları başlıca rol oynasa da, onların mühafizəsinə dair beynəlxalq müqavilələr də mövcuddur;

  2. beynəlxalq təbii ehtiyatlar; milli yurisdiksiyanın hüdudlarından kənarda və ya özünün təbii dövretmə prosesində müxtəlif dövlətlərin ərazisində olur. Bu ehtiyatların mühafizəsi və onlardan istifadə rejimi beynəlxalq hüquq normaları ilə müəyyən edilir; iki növü vardır: a) universal ehtiyatlar; bütün dövlətlərin ümumi istifadəsində olur (açıq dəniz, kosmos. Antarktika, beynəlxalq dəniz dibi rayonu); b) bölünən təbii ehtiyatlar; iki və ya daha çox ölkəyə məxsus olur və ya onlar tərəfindən istifadə edilir (məsələn, beynəlxalq çaylarda olan ehtiyatlar, sərhəd təbii kompleksləri və s.).


    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin