Kosmosun tədqiqi və istifadəsi sahəsində beynəlxalq əməkdaşlıq
Kosmosun tədqiqi və istifadəsi həm fundamental elmin inkişafı, həm də bir sıra praktik-tətbiqi məsələlərin həlli baxımından prinsipial əhəmiyyət daşıyır. Kosmosun hərtərəfli tədqiqi və onun nadir imkanlarından istifadə nəticəsində yeni elm və fəaliyyət sahələri meydana gəlmişdir: kosmik meteorologiya, astronomiya, kosmik rabitə, naviqasiya və s.
Kosmik meteorologiya sahəsində əməkdaşlıq Kosmos üzrə BMT Komitəsi, Ümumdünya meteorologiya təşkilatı, İNTELSAT və b. vasitəsilə həyata keçirilir. Yerin süni peykləri havanın proqnozlaşdırılması, iqlimin inkişafının, dənizin temperaturunun, küləyin sürətinin və s. öyrənilməsi üçün istifadə olunur.
Yerin məsafədən zondla tədqiq edilməsi (YMZT) geologiya, coğrafiya, geodeziya və kənd təsərrüfatı sahələrində uğurla istifadə olunur. YMZT vasitəsilə quru, okean və Yer atmosferinin vəziyyəti təyin olunur, ətraf mühit üzərində nəzarət həyata keçirilir. Yerin təbii ehtiyatları öyrənilir, faydalı qazıntıların yataqları aşkara çıxarılır və s. 1986-cı ildə BMT Baş Məclisi Yerin kosmik fəzadan məsafədən zondla tədqiq edilməsinə dair Prinsiplər qəbul etmişdir. Bu prinsiplərə görə, xarici dövlətlərin ərazilərinin kosmosdan zondla tədqiq edilməsi hüquqauyğundur və dövlətlər bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına dəstək verməlidirlər.
Kosmik rabitə sahəsində dövlətlərin əməkdaşlığı son illər xeyli genişlənmişdir. Bu, bir tərəfdən Yerdə kommunikasiya vasitələrinə artan tələbatla, digər tərəfdən isə kosmosda yerüstü stansiyalar. Yerin süni peykləri, orbital stansiyalar və s. arasında əlaqə qurulması zərurəti ilə bağlıdır. Hazırda radio və televiziya
peyk xidməti. Yerin süni peykləri vasitəsilə proqramların birbaşa ötürülməsi sistemi intensiv inkişaf edir. Kosmik rabitənin tətbiqi dəniz əlaqəsinin və dənizdə xilasetmə işlərinin səmərəliliyini xeyli artırmışdır. Dövlətlər göstərilən sahədə Beynəlxalq Elektron Rabitəsi İttifaqı, İNTELSAT, ARABSAT və s. kimi beynəlxalq hökumətlərarası təşkilatlar vasitəsilə əməkdaşlıq edirlər. Kosmik rabitənin hüquqauyğun və səmərəli istifadəsini təmin etmək üçün BMT Baş Məclisi 1982-ci ildə «Dövlətlər tərəfindən Yerin süni peyklərinin beynəlxalq birbaşa televiziya verilişləri üçün istifadə olunması Prinsipləri» adlı qətnamə qəbul etmişdir.
Kosmik naviqasiya hər hansı bir yerdə qəzaya uğrayan dəniz və hava gəmilərinə kömək göstərilməsi üçün müstəsna əhəmiyyət daşıyan bir sahədir. Statistikaya görə, il ərzində qəzaya uğrayan gəmilərin, demək olar ki, yarısı meteopeyklər vasitəsilə xilas olunur. Bu sahədə, 1976-cı ildə yaradılmış Beynəlxalq dəniz peyk rabitəsi təşkilatı - INMARSAT mvihüm rol oynayır. İNMARSAT-m təşkili və fəaliyyətinin, habelə dövlətlərin sözü gedən sahədə əməkdaşlığının hüquqi əsasları Beynəlxalq dəniz peyk rabitəsi təşkilatı haqqında 1976-cı il Konvensiyası ilə müəyyən olunur.
Göstərilənlərdən əlavə, kosmik geologiya, kosmik texnika və texnologiya da böyük praktik əhəmiyyət kəsb edən sahələrdir.
Yekun olaraq qeyd edilməlidir ki, bütün yuxanda sadalanmış və habelə kosmosun tədqiqi və istifadəsi ilə bağlı gələcəkdə ortaya çıxacaq yeni fəaliyyət növləri beynəlxalq hüququn və beynəlxalq kosmos hüququnun prinsiplərinə söykənməli və bütün bəşəriyyətin rifahı naminə həyata keçirilməlidir.
274
Dostları ilə paylaş: |