Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə84/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   219
beynelxalq huquq

Regional təşkilatlar

Universal xarakterli beynəlxalq təşkilatlardan başqa, üzvləri, əsasən, müəyyən coğrafi regionu təmsil edən regional təşkilatlar da mövcuddur. Onlar regional əməkdaşlıq çərçivəsində müxtəlif məsələlərin (kollektiv müdafiə, iqtisadi, sosial, mədəni və s.) birgə həlli üçün yaradılır. BMT Nizamnaməsinin 52-ci maddəsinə görə, «beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması ilə bağlı olan və regional tədbirlər üçün münasib olan məsələlərlə məşğul olmaq məqsədilə» regional təşkilatlar təsis oluna bilər. Həmin maddə tələb edir ki, bu təşkilatların nizamnamələri və fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə uyğun olmalıdır. 53-cü maddədə imperativ qaydada göstərilir ki, Təhlükəsizlik Şurasının vəkaləti olmadan regional təşkilatlar tərəfindən heç bir məcburiyyət tədbiri görülə bilməz. Nizamnamənin IX fəslində («Beynəlxalq iqtisadi və sosial əməkdaşlıq») iqtisadi, sosial, mədəni və digər xüsusi sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatlara, o cümlədən regional təşkilatlara qarşı müəyyən tələblər irəli sürülmüşdür. Belə ki, onların yaradılması və fəaliyyəti BMT-nin məqsəd vo prinsiplərinə uyğun olmalıdır və bu təşkilatlar iqtisadi, sosial, mədəni və digər problemlərin həllində BMT-yə yardım etməlidirlər.

Hazırda mövcud olan çoxlu sayda regional təşkilatların içərisində ümumi səlahiyyətə malik təşkilatlar, məsələn. Ərəb dövlətləri liqası. Afrika birliyi təşkilatı, Amerika dövlətləri təşkilatı və b. xüsusi yer tutur.

Ərəb Dövlətləri Liqası (ƏDL). Ərəb Dövlətləri Liqasının yaradılması haqqında müqavilə (Pakt) 1945-ci il martın 22-də imzalanmışdır. Təşkilatın hazırda 22 üzvü vardır. ƏDL-in əsas məqsədi iqtisadi, maliyyə, mədəni və sosial sahələrdə, səhiyyə sahəsində, vətəndaşlıq, pasportlar, vizalar, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərin həllində üzv dövlətlərin əməkdaşlığını təşkil etməkdən ibarətdir (Paktın 2-ci maddəsi).

ƏDL-in orqanları aşağıdakılardır: Ərəb ölkələri dövlət və hökumət başçılarının Müşavirəsi; Şura; Birgə Müdafiə Şurası; İqti

sadi Şura; Ərob ölkoləri informasiya nazirləri Şurası; Komitələr (iqtisadiyyat, maliyyə, nəqliyyat, rabitə, mədəniyyət, səhiyyə məsələləri üzrə); Baş Katib başda olmaqla Baş Katiblik.

ƏDL-in Paktına görə, üzv dövlətlər öz aralanndakı mübahisələri həll etmək üçün Şuraya müraciət edə bilərlər. Şuranın qərarları mübahisənin tərəfləri üçün məcburidir. Liqanın üzvləri arasında müharibəyə gətirib çıxara bilən mübahisələri həll etmək üçün Şura öz xidmətlərini təklif edir. Şura habelə arbitraj və barışdırıcı orqan sifətində çıxış edə bilər; bu halda Şuranın qərarları səs çoxluğu ilə qəbul olunur (5-ci maddə).

Liqaya üzv olan dövlətlərdən hər hansı birinə qarşı istənilən dövlət tərəfindən təcavüz edildikdə və ya təcavüz təhlükəsi olduqda, hücuma məruz qalmış və ya təcavüz təhlükəsi altında olan dövlət Şuranın dərhal çağırılmasını tələb edə bilər. Yekdil razılıq olduqda Şura təcavüzün və ya təcavüz təhlükəsinin aradan qaldırılması üçün zəruri tədbirlər müəyyən edir.

Afrika İttifaqı. 2002-ci ilin iyuluna qədər Afrika Birliyi Təşkilatı adlanan bu regional təşkilat 1963-cü ildə yaradılmışdır (Afrika Birliyi Təşkilatı 2002-ci il iyulun 9-da axınncı sədri T.Mbeki tərəfindən buraxılmış və Afrika İttifaqı ilə əvəz olunmuşdur.). Afrika İttifaqının hazırda 54 üzvü vardır. BMT yanında daimi müşahidəçi statusuna malikdir.

Afrika İttifaqının əsas məqsədləri aşağıdakılardır: a) Afrika dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və onlann siyasət, elm, texnika, maarif və mədəniyyət, səhiyyə, habelə müdafiə və təhlükəsizlik sahələrində fəaliyyətinin əlaqələndirilməsi; b) Afrika dövlətlərinin suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması; c) Afrika qitəsində müstəmləkəçiliyin bütün növlərinin ləğv edilməsi; ç) BMT Nizamnaməsinə və Umum- dünya İnsan Hüquqları Bəyannaməsinə uyğun olaraq, beynəlxalq əməkdaşlığın həvəsləndirilməsi (Afrika ittifaqı Nizamnaməsinin 2-ci maddəsi).

Afrika İttifaqı aşağıdakı struktura malikdir: Dövlət və hökumət başçılarının Assambleyası; İcra Şurası; Komissiya; Sülh və təhlükəsizlik Şurası; Daimi nümayəndələr komitəsi; Pan-Afrika Parlamenti; İqtisadi, sosial və mədəni Şura. Afrika İttifaqı çərçivəsində

habelə Təşkilatın əsas məhkəmə orqanı olacaq Afrika Məhkəməsinin yaradılması nəzərdə tutulmuşdur; müvafiq Protokol 15 dövlət tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minməlidir.

Amerika Dövlətləri Təşkilatı (ADT). 1948-ci ildə yaradılmışdır. Təşkilatın təsis sonodləri üç aktdan ibarətdir: 1) Qarşılıqlı yardım haqqında 1947-ci il Ümumamerika müqaviləsi; 2) AD'f-nin Nizamnaməsi (1948-ci il aprelin 30-da qəbul olunmuşdur; 1951-ci il dekabrın 13-də qüvvəyə minmişdir); 3) Mübahisələrin dinc həll olunması haqqında 1948-ci il Ümumamerika müqaviləsi (Boqota Paktı). Hazırda 35 dövlət ADT-nin üzvüdür.

Təşkilatın əsas məqsədi Amerika dövlətlərinin həmrəyliyinin möhkəmləndirilməsindən və onların suverenliyinin, ərazi bütövlü- )dinün və müstəqilliyinin qorunmasından ibarətdir (ADT-nin Nizamnaməsinin 1-ci maddəsi).

Nizamnamə üzv dövlətlərin kollektiv təhlükəsizliyini nəzərdə tutur. Amerika dövlətlərindən birinin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı hər hansı bir dövlətin təcavüzü bütün qalan Amerika dövlətləri əleyhinə təcavüz aktı sayılır (27-ci maddə). İstənilən Amerika dövlətinin toxunulmazlığı, ərazi bütövlüyü və ya suverenliyi, habelə siyasi müstəqilliyi silahlı basqın nəticəsində və ya Amerika dövlətləri arasında münaqişə nəticəsində, yaxud Amerikada sülhü təhlükə altına qoya bilən hər hansı digər fakt və ya situasiyasının nəticəsində pozularsa, Amerika dövlətləri özlərinin kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi çərçivəsində tədbirlər görürlər (28-ci maddə).

ADT-nin aşağıdakı orqanlan vardır: Baş Məclis; Xarici işlər nazirlərinin Konsultativ müşavirəsi; Şuralar (Daimi Şura; Amerika İqtisadi, Təhsil, Elm və Mədəniyyət Şurası); Amerikaarası Hüquqi Komitəsi; Amerikaarası İnsan Hüquqlan Komissiyası; Baş Katiblik.

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN). 1967-ci ildə yaradılmışdır. ASEAN-ın təsis sənədləri cənub-şərqi Asiyada dostluq və əməkdaşlıq haqqında Müqavilə və ASEAN Razılıq Bəyannaməsidir. Hazırda 10 üzvü vardır.

ASEAN-ın əsas məqsədləri cənub-şərqi Asiyada iqtisadi, sosial və digər sahələrdə əməkdaşlığı təşkil etməkdən, sülhün və sabitliyin bərqərar olmasına yardım etməkdən ibarətdir.

Təşkilatın aşağıdakı orqanları vardır: Dövlət və hökumət başçılarının Konfransı; Xarici işlər nazirlərinin Konfransı; Daimi komitə (onun tərkibinə üzv dövlətlərin xarici işlər nazirləri və səfirləri daxildir); Katiblik; sahəvi komitələr (ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. üzrə).

ASEAN-ın çərçivəsində hər il bu təşkilat və digər ölkələr arasında (ABŞ, Yaponiya, Kanada, Koreya, Rusiya, Çin və s.) Asiya- Sakit okean regionunda müxtəlif məsələlərlə bağlı əməkdaşlıq barəsində məsləhətləşmələr keçirilir.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT). ATƏT vahid təsis aktı olmayan, formalaşmaqda olan regional təşkilatdır. Onun təsis aktları aşağıdakılardır: 1975-ci il Helsinki Yekun Aktı; Yeni Avropa üçün Xartiya (1990-cı il); Helsinki (1992-ci

il) və Budapeşt (1994-cü il) sammitlərinin qərarları. Budapeşt sammitinin qərarlarına müvafiq olaraq, təxminən iyirmi il mövcud olmuş beynəlxalq konfrans - Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirə beynəlxalq təşkilata - Avropada Təhlükəsizlik vo Əməkdaşlıq Təşkilatına çevrilmişdir, onun məqsədləri dəqiqləşdirilmiş və strukturu təkmilləşdirilmişdir. Hazırda 56 dövlət ATƏT-in üzvüdür.

ATƏT-in başlıca məqsədləri aşağıdakılardır: uzunmüddətli sülhün təmin edilməsi üçün şəraitin yaradılması; təhlükəsizlik, tərksilah, münaqişəli situasiyalann qarşısının alınması, iqtisadiyyat, mədəniyyət, insan hüquqlan və digər sahələrdə əməkdaşlıq və s.

ATƏ r hazırda belə struktura malikdir: iki ildən bir çağırılan Dövlət və hökumət başçılarının Müşavirəsi (ali orqan); ildə bir dəfə çağırılan, xarici işlər nazirlərindən ibarət olan Nazirlər Şurası (mərkəzi rəhbər orqan); Daimi şura (siyasi məsləhətləşmələrin aparılması və cari qərarların qəbul edilməsi üçün ATƏT-in strukturunda əsas orqan); Parlament Assambleyası; Katiblik (ona üç il müddətinə seçilən Baş Katib başçılıq edir); Demokratik institutlar və insan hüquqları üzrə Büro; Münaqişələrin qarşısının alınması üzrə Mərkəz; Milli azlıqlar üzrə Ali Komissar.

Avropa Şurası. 1949-cu ildə on Avropa dövləti tərəfindən yaradılmışdır. Avropa Şurasının Nizamnaməsi 1949-cu il mayın 5-də Londonda imzalanmışdır; 1949-cu il avqustun 3-də qüvvəyə min

mişdir. Hazırda 47 üzvü vardır. Azərbaycan Respublikası 2001 -ci il yanvann 25-dən Avropa Şurasının üzvüdür.

Avropa Şurasının başlıca məqsədi Təşkilatın «üzvləri arasında, onlann ümumi sərvəti olan ideal və prinsiplərin müdafiəsi naminə daha böyük vəhdətin əldə edilməsinə nail olmaqdan və onlann iqtisadi və sosial tərəqqisinə dəstək verməkdən ibarətdir» (Nizamnamənin 1-ci maddəsi). Təşkilat bu məqsədlə insan hüquqlannın müdafiəsi və demokratiyanın genişləndirilməsi; hüquq, mədəniyyət, təhsil, informasiya, ətraf mühitin mühafizəsi və səhiyyə sahələrində əməkdaşlıq kimi vəzifələri həyata keçirir.

Avropa Şurasının Nizamnaməsində bu Təşkilata daxil olmaq istəyən dövlət üçün (Təşkilat yalnız Avropa dövlətləri üçün açıqdır) üç başlıca şərt göstərilmişdir: plüralist demokratiya, insan hüquqlarının təmin edilməsi və hüququn aliliyi.

Avropa Şurası çərçivəsində indiyə qədər insan hüquqlarına, təhsil, mədəniyyət, səhiyyə, sosial təminat, idman, mülki, inzibati, cinayət hüququ və prosesi məsələlərinə həsr olunmuş 200-dən artıq konvensiya, protokol və saziş qəbul olunmuşdur. Onlardan ən əsası 1950-ci ildə qəbul olunmuş və 1953-cü ildə qüvvəyə minmiş Avropa İnsan Hüquqları Konvensiyasıdır. Bu Konvensiyasız və onun əsasında yaradılmış mexanizmsiz (Avropa İnsan Hüquqları Məhkəməsi) Avropa Şurasını təsəvvür etmək mümkün deyildir. Konvensiyaya indiyə qədər on dörd Protokol əlavə olunmuşdur. 11 nömrəli Protokol Konvensiyaya olduqca mühüm dəyişikliklər və əlavələr etmişdir.

Avropa Şurasının əsas orqanları aşağıdakılardır: Nazirlər Komitəsi; Parlament Assambleyası, Avropa yerli və regional hakimiyyətlər Konqresi, Katiblik.




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin