Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


DİPLOMATİYA VƏ KONSULLUQ HÜQUQU



Yüklə 0,96 Mb.
səhifə86/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   219
beynelxalq huquq

XIV FƏSIL

DİPLOMATİYA VƏ KONSULLUQ HÜQUQU



    1. Diplomatiya konsulluq hüququnun anlayışı mənbələri



Diplomatiya vo konsulluq hüququ - dövləti beynəlxalq ünsiyyətdə təmsil edən dövlət orqanlarının statusunu və funksiyalarını tənzimləyən beynəlxalq hüquq normalarının məcmusuna deyilir.

Beynəlxalq hüququn bu ən qədim və ənənəvi sahəsinin məzmunu indiki dövrdə xeyli genişlənmişdir; diplomatiya və konsulluq hüququna hazırda bir sıra digər yeni məsələləri, o cümlədən dövlətlərin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, təntənəli tədbirlərdə, danışıqlar aparılmasında və s. iştirak etmək üçün digər dövlətlərə göndərilən xüsusi missiyaların funksiyalarını, beynəlxalq təşkilatların və onlann əməkdaşlarının imtiyaz və immunitetlərini nizama salan normalar da daxildir.

Diplomatiya və konsulluq hüququnun əsas mənbələri kimi beynəlxalq müqavilə və beynəlxalq hüquqi adət çıxış edir. Dövlətlər arasında diplomatik və konsulluq münasibətləri uzun tarixi dövr ərzində beynəlxalq adət normalarına söykənmişdir. İkinci dünya müharibəsindən sonrakı illərdə bu normalar bir neçə universal konvensiya şəklində məcəllələşdirilmişdir. Diplomatiya və konsulluq hüququ sahəsində əsas beynəlxalq konvensiyalar aşağıdakılardır: 1) Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası; 2) Konsulluq münasibətləri haqqında 1963-cü il Vyana Konvensiyası; 3) Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyası; 4) Beynəlxalq səviyyədə müdafiə olunan şəxslər, o



cümlədən diplomatik agentlər əleyhinə cinayətlərin qanlısının alınması və cəzalandırılması haqqında 1973-cü il Konvensiyası; 5) Dövlətlərin universal xarakterli beynəlxalq təşkilatlarla münasibətlərdə nümayəndəliyi haqqında 1975-ci il Vyana Konvensiyası.

Diplomatiya və konsulluq hüququ sahəsində bir sıra digər sənədlər də mövcuddur. Məsələn, beynəlxalq təşkilatların imtiyaz və immunitetləri ilə bağlı iki mühüm konvensiyanı göstərmək olar: 1) BMT-nin imtiyaz və immunitetləri haqqında 1946-cı il Konvensiyası və 2) BMT-nin ixtisaslaşmış təsisatlarının imtiyaz və immunitetləri haqqında 1947-ci il Konvensiyası. Bundan əlavə, müvafiq normalar beynəlxalq təşkilatların nizamnamələrində və habelə yerləşdikləri dövlətlərlə bağladıqları imtiyaz və immunitet məsələləri üzrə ikitərəfli müqavilələrdə təsbit olunmuşdur. Diplomatiya və konsulluq hüququnun mənbələri sırasında ikitərəfli konsulluq konvensiyalarını da qeyd etmək lazımdır.




    1. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin