BMT-nin ixtisaslaşmış təsisatları
BMT-nin ixtisaslaşmış təsisatları - beynəlxalq əməkdaşlığın bu və ya digər konkret sahəsində (iqtisadi^ sosial, mədəni, təhsil, səhiyyə və s.) fəaliyyət həyata keçirən. Birləşmiş Millətlər Təşkilatı üə əlaqəsi olan universal xarakterli beynəlxalq hökumətlərarası təşkilatlardır.
İxtisaslaşmış təsisatların BMT ilə əlaqəsi BMT-nin əsas orqanlann- dan biri olan EKOSOK vasitəsilə həyata keçirilir. EKOSOK: ixtisaslaşmış təsisatlarla saziş bağlayır, məsləhətləşmələr aparmaq və tövsiyələr vermək yolu ilə ixtisaslaşmış təsisatlann fəaliyyətinin ümumi koordina-
siyasini həyata keçirir, ixtisaslaşmış təsisatlardan, onlann fəaliyyəti haqqında və verdiyi tövsiyələrin iera olunması üçün görülmüş tədbirlər haqqında məruzələr alır; öz işində və ya yaratdığı komissiyalann işində iştirak etmək üçün ixtisaslaşmış təsisatlann nümayəndələrini dəvət edir.
Hazırda 17 ixtisaslaşmış təsisat mövcuddur. Onlan aşağıdakı qruplara ayırmaq olar:
sosial xarakterli təşkilatlar - Beynəlxalq Əmək Təşkilatı (ILO), Ümumdünya Səhiyyə Təşkilatı (WHO);
mədəni və humanitar xarakterli təşkilatlar - Təhsil, ehn və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı (UNESCO), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO);
iqtisadi təşkilat - Sənaye inkişafı üzrə Birləşmiş Millətlər Təşkilatı (UNIDO);
ç) maliyyə təşkilatları -- Beynəlxalq Valyuta Fondu (IMF), Beynəlxalq bərpa və inkişaf bankı (IBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFS), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD);
kənd təsərrüfatı sahəsində təşkilat ~ Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO);
nəqliyyat və rabitə sahəsində təşkilatlar - Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Beynəlxalq Dəniz Təşkilatı (IMO), Ümumdünya Poçt İttifaqı (UPU), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU);
ə) meteorologiya sahəsində təşkilat - Ümumdünya Meteorologiya Təşkilatı (WMO),
turizm sahəsində təşkilat - Ümumdünya Turizm Təşkilatı (UNWTO).
İxtisaslaşmış təsisatların tərkibinə BMT-nin üzvlərindən başqa digər dövlətlər də daxil ola bilər; lakin onlann üzvlüyə qəbul olunması üçün daha mürəkkəb mexanizm müəyyən olunmuşdur.
İxtisaslaşmış təsisatların əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: beynəlxalq əməkdaşlığın ayn-ayrı sahələri üzrə beynəlxalq konvensiya və reqlamentlərin işlənib hazırlanması; dövlətlərin bu sahədə fəaliyyətinin əlaqələndirilməsi; inkişaf etməkdə olan dövlətlərə texniki yardımın göstərilməsi; infonnasiya mübadiləsi və b.
Dostları ilə paylaş: |