Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə117/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 184 ____________________________ 
quraşdırma və genişləndirmə fazalarındakı xərclər, 
istismar 
xərcləri dedikdə isə, sistemin istismarı fazasndakı xərclər 
nəzərdə tutulur. İnformasiya sistemləri xərcləri illik, rüblük, 
aylıq hesablanır. İlkin xərclər informasiya sistemlərinin ömür 
tsikli üzrə bərabər paylanır. Məsələn, informasiya sistemlərinin 
ilkin xərcləri 360 min dollardırsa, istismar fazası 3 ildirsə, illik 
istismar xərci 120 min dollar, aylıq istismar xərcləri 10 min 
dollar təşkil edir. İstismar xərcləri il, rüb, ay üzrə orta qiymət 
kimi hesablanır. 
 
GÖZƏGÖRÜNMƏZ XƏRCLƏR 
İdarəetmə uçotunun ən ciddi problemlərindən biri 
informasiya infrastrukturuna çəkilən xərclərin uçotudur. Çünki 
burada 3 vacib xərc qrupları üzrə məlumat mövcud deyildir. 
Bunlardan biri, istifadəçilərin boşdayanması ilə, ikincisi, istifa-
dəçilərin özünü dəstəkləməsi ilə, üçüncüsü, istifadəçilərin bir-
birini qarşılıqlı dəstəkləməsi ilə bağlı itkilərdir.
Xərclərin 
bu 
kateqoriyasına 
aid 
verilənlərin 
“gözəgörünməzliyi” heç də o demək deyil ki, bu xərclər 
təşkilatın xərclərinin ümumi məbləğınə daxil olmur. Ənənəvi 
uçot sistemində (Ənənəvi uçot dedikdə, informasiya 
texnologiyaları infrastrukturuna çəkilən xərclərin təhlilində 
sahibolmanın icmal dəyəri (SİD) modelindən (модель 
совокупной стоимости владения -CCB) istifadə edilməyən 
xərclər uçotu sistemi nəzərdə tutulur. Qeyd edək ki, 
gözəgörünməz və nəzarət edilməyən xərclər anlayışları yalnız 
konkret idarəetmə uçotu sisteminə nəzərən məna daşıyır) 
xərclərə dair məlumatlar işçi qüvvəsinə çəkilən xərclərin 
tərkibində uçota alınır. Təşkilatda istismar xərclərinin bir növü 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin