MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 180 ____________________________
probleminin olmaması. Çünki istehlakçı təyin edilmiş
abonent ödəməsi ödəyirdi.
Bu
şəraitdə
məsələ
həllinin
maya
dəyərinin
qiymətləndirilməsi son dərəcə sadə idi. İnformasiya
sistemlərinin maya dəyəri lizinq ödəmələrindən və müşayiət
üçün abonent ödəmələrindən əmələ gəlirdi. İnformasiya
sistemlərinin istismarından gələn gəlir isə adətən kənar
təşkilata sifariş edilən xüsusi
konsaltinq (Konsaltinq –
məsləhətləşmə anlamını verir, hər hansı prosesin səmərəliliyini
yüksəltmək üçün istifadə edilən fəaliyyətdir) tədqiqatları ilə
hesablanır.
İrihəcmli
layihələrə
nəzərən
konsaltinq
tədqiqatlarının dəyəri nəzərəçarpacaq deyildi. Xərclərə aid
verilənlərin məlum olduğu halda xərciçıxartma həllinə ehtiyac
qalmayan trivial məsələyə çevrilirdi.
QEYD: Maynfremlərin yaranma tarixi 1964-cü il hesab
olunur. Bu ildə IBM şirkəti IBM System/360 maynfremini
istehsal edir. İstehsal olunan hesablama maşınına 5 milyard
dollar xərc çəkilir. Maynfrem terminini müəyyən tip
mikroprosessorların ləmələrə (rəflərə) ardıcıl düzülməsi kimi
qəbul etmək olar.
Maynfrem (ingiliscə
mainframe anlamımnı verir) böyük
məhsuldarlığa və müəyyən giriş-çıxış ehtiyatlarına malik,
dayanmadan işləyən, böyük operativ və xarici yaddaşı olan,
kritik lazımlı sistemlərdə işləməyə yararlı olan (ingiliscə
mission-critical) informasiyanı intensiv paket formasinda
təhlil edən hesablama maşınıdır.
Maynfremin əsas istehsalçısı IBM şirkətidir. Müxtəlif
vaxtlarda maynfremi digər firma və şirkətllərdə istehsal
edirdilər.
Bunlara
milsal
olaraq
Hitachi, Bull, Unisys, DEC, Honeywell, Burroughs, Siemens,