MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 191 ____________________________
Rəqabət aparan sənaye qərarlarını sahibolmanın icmal
dəyəri modeli birmənalı qiymətləndirə bilmir. Çünki formal
tələblə faktiki tələb üst-üstə düşmür (Məsələn, formal olaraq
hər ikisi professor elmi vəzifəsini daşısa da, Texniki
Universitetin professoru ilə İncəsənət Universitetinin professoru
eyni şkalada müqayisəyə gəlmir).
Bu nöqsanlar FN (fəaliyyət növü) - modeli ilə aradan
qaldırılır.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 192 ____________________________
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 193 ____________________________
İNFORMASİYA TEXNOLOGİYALARI
SERVİSLƏRİ VƏ BİZNES ÜÇÜN
SAHİBOLMANIN İCMAL DƏYƏRİ
İnformasiya texnologiyalarına biznes tələblərinin təyini
problemi informasiya sistemləri xidmətinin idarə edilməsi üçün
münasib olan terminlərdə
ITIL/ITSM modelində uğurla həll
edilmişdir. Bu modelin açar anlayışları olan informasiya
texnologiyaları servisi, informasiya texnologiyaları servisinin
parametrləri (Məsələn, servisin məzmunu, razılaşdırılmış
xidmət vaxtı, əlçatanlığı, məhsuldarlığı, miqyası, qiyməti),
servisin səviyyəsi barədə razılaşma və s. SİD modeli və
fəaliyyət növləri üzrə xərclər (
ABC- Activity Based Costing)
uçotu metodologiyası əsasında servisin tam maya dəyərini
təyin etməyə imkan verir.
Biznes İNSİ xidmətindən nə tələb edir?
İinformasiya sistemləri xidməti tərəfindən
biznesin
dəstəklənməsi dedikdə, biznes-bölmələrə lazım olan müəyyən
məsələlərin həlli nəzərdə tutulur. Fəaliyyət növü üzrə
bölmənin ixtiyari məsələsi informasiya texnologiyaları
vasitələrinin köməyi ilə həll edilir. İnformasiya texnologiyaları
servisinin məzmunu dedikdə, məhz həll edilən həmin məsələ
nəzərdə tutulur. Təşkilatın biznes-proseslər üzrə
fəaliyyətinin
miqyası dedikdə, verilmiş informasiya texnologiyaları servisi
çərçivəsində icra edilən əməliyyatların həcmi başa düşülür ki,
bu da servisin məhsuldarlığına tələbləri diktə edir. Çünki
servisin məhsuldarlığı istisnasız olaraq biznes-əməliyyatlar
terminlərində qiymətləndirilir.
Təşkilatın coğrafi yerləşməsi və biznes-prosesin
xüsusiyyəti servisin əlçatanlığına müəyyən tələblər irəli sürür.
|