MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 187 ____________________________
lakin onun boyaq kasseti həm tez-tez dəyişdirilən, həm də
bahadır. Bu xərc istismar xərci olsa da nəzarət edilməyən
xərcdir. Müşayiətetmə xərcləri
iri ofislərdə informasiya
sistemləri xərclərinin 32%-ni təşkil edir.
İnsibatçılıq xərcləri – serverlər, şəbəkə avadanlıqları,
rabitə kanalı avadanlıqları, paylanmış əməliyyat sistemləri,
lokal şəbəkələr, qlobal şəbəkələr, VBİS-lər, tətbiqi proqramlar
kimi kollektiv istifadə edilən sistemlərin inzibatçılığı ilə bağlı
xərclərdir. Bu xərclər də informasiya sistemləri xidməti
xərclərinin tərkibində uçota alınır.
Bunlar da informasiya
sistemlərinə aid edilməyən xərclərdir. Buna görə nəzarət
edilməyən xərc hesab edilir. Bu xərclər informasiya sistemləri
xərclərinin 12%-ni təşkil edir.
Avadanlıqların
modernləşdirilməsinə
və
proqram
təminatına çəkilən xərclər. Bunlar: əlavə avadanlıqlara,
təşkilatdakı proqram təminatının yeni versiyasına alınan
lisenziyaya, modernləşdirmə işləri üzrə konsaltinqə və s.
çəkilən xərclərdir.
Modernləşdirmə xərcləri də informasiya sistemləri
xidmətinə çəkilən xərclərin tərkibində ayrıca sətr şəklində
uçota alınır. Buna baxmayaraq modernləşdirmə xərcləri konk-
ret avadanlığa, proqram təminatına və s. aid edilmir. Bu
xərclər 9% təşkil edir.
İstifadəçilərin ixtisasının artırılmasına çəkilən xərclər.
Buraya: avadanlıqla təchiz edilmiş sinif otaqlarına görə
ödəmələr, mühazirəçilərin əmək haqları və əməkdaşların sərf
etdikləri vaxt aiddir.
Bu xərclər də informasiya sistemləri
xidmətinə çəkilən
xərclərin tərkibində uçota alınır və nəzarət edilməyən xərclər
olaraq 1% təşkil edir.