MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 200 ____________________________
Əgər layihənin məqsədi informasiya texnologiyaları
servisidirsə, bu halda söhbət informasiya texnologiyalarının
inkişafı layihəsindən gedir. Məsələn, korporaiv informasiya
sisteminin tətbiqi informasiya texnologiyalarının
inkişaf
layihəsi hesab edilir. Bir və ya bir-neçə proses üçün tətbiq
edilən
ITIL/ITSM layihəsi bu qəbildəndir. Mövcud proqram
əlavələrinin yeni serverə köçürülməsi də informasiya
texnologiyalarının inkişaf layihəsidir.
Beləliklə, layihənin məqsədi də unikaldır. Layihənin digər
xüsusiyyəti başlanma və başaçatma
tarixlərinin müəyyən
olmasıdır. Başaçatma dedikdə, həm layihənin məqsədinə
uğurla nail olunması, həm də müxtəlif səbəblərdən layihənin
bağlanması nəzərdə tutulur. Layihədən
fərqli olaraq prosesin
başaçatması planlı tarixə malik olmur.
Layihə prosesdən fərqli olaraq xüsusi ayrılmış resurslara
malik olur. Layihə resursu dedikdə, insanlar, büdcə, material
resursları – binalar, informasiya texnologiyaları
vasitələri,
nəqliyyat, rabitə və s. nəzərdə tutulur. Resurslar müəssisə
rəhbərliyinin müvafiq qərarlarına əsasən ayrılır. Bu qərarlar
resursları “xüsusi ayrılmış” edir.
Bütün bu qeyd edilənlər layihənin ikili xarakterli
olduğunu göstərir. Belə ki, layihə,
bir tərəfdən, müəyyən
məqsədli, müddətli və resurslu müvəqqəti təşkilatdır, digər
tərəfdən isə məqsədi, müddəti
və resursu təyin edən
müəssisənin bir hissəsidir. Bu ikili xarakter layihənin təsvirini
də ikili edir. Yəni layihə, bir onun reallaşmasına təsir edən
mühit əhatəsində
mövcud olan struktur kimi, bir də iqtisadi
məzmunu olan proses kimi təsvir edilir.
Layihənin icrasına təsir edən müəssisədaxili proseslər
layihəyə nəzarət prosesləri adlanır. Layihənin daxili təşkili ilə