MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 198 ____________________________
sorğusu, “İnsidentlərin həlli” xidməti üçün iş naryadı,
“Reqlamentli işlər” xidməti üçün isə əməliyyat hesab edilir. Bu
natural ölçülər toplusu
fəaliyyət növlərinin istifadə intensivliyi
amilləri və ya sadəcə, istifadə amilləri (Activity Drivers)
adlanır. Fəaliyyət növü seçilərkən çalışırlar ki, bir fəaliyyət
növü çərçivəsində resurs xərcləri bircins olsun. Buna görə də
reqlamentli işləri daha xırda qruplara bölmək lazım gəlir.
Heyət resursunun istehlakı iş vaxtı ilə, serverlərin
istehlakı isə prosessorun və ya yaddaşın yüklənməsi faizi ilə
ölçülür ki, burada da daha “zəif” (azimkanlı) elementin
yüklənməsi əsas götürülür. Rabitə kanalının istehlakı kanalın
yüklənmə faizi ilə, sistem proqram təminatının istehlakı isə
sistem resurslarının məşğulluq faizi ilə ölçülür. Bu göstəricilər
toplusu
resurs sərfi amilləri (Resource Drivers) adlanır.
Düzgün təyin edilmiş resurs sərfi amilləri fəaliyyət növündən
istifadə intensivliyi amili vahidinə düşən konkret resursun
istehlakını ölçməyə imkan verir. Resurs sərfi və fəaliyyət
növündən istifadə intensivliyi amilləri toplusu
sərfiyyat amilləri
adlanır.
Resurslar, fəaliyyət növləri və xərc obyektləri arasında
əlaqə
uyğungəlmə yolu (Assignment Paths) ilə qurulur.
Uyğungəlmə yolu göstərir ki, xərc obyekti hansı fəaliyyət
növləri tərəfindən istehlak edilir və verilmiş fəaliyyət növü
hansı resursları istehlak edir. Yəni uyğungəlmə yolu “xərc
obyekti - fəaliyyət növü” və “fəaliyyət növü - resurs” kimi iki
əlaqəni təsvir edir. Verilmiş xərc obyektindən çıxan
uyğungəlmə yolu göstərir ki, bu xərc obyekti hansı fəaliyyət
növlərini və hansı resursları istehlak edir. Verilmiş fəaliyyət
növündən keçən
uyğungəlmə yolu göstərir ki, bu fəaliyyət
növü məhz hansı resursları istehlak edir.