LAYİHƏNİN İDARƏ EDİLMƏSİNİN ÖMÜR TSİKLİ
Layihə özünün inkişafında müəyyən mərhələlər
ardıcıllığından keçir ki, buna da
layihənin ömür tsikli deyilir.
Ömür tsiklinin müxtəlif mərhələlərində xarici mühit müxtəlif
cür rol oynayır.
Layihənin başlanğıc mərhələsi - layihənin məqsədinin
müəyyən edilməsi mərhələsidir. İdeya ya qəbul edilir, ya da
imtina edilir. Başlanğıc mərhələnin son nəticəsi: layihənin ilkin
iqtisadi əsaslandırılmasından, ilkin planı və ilkin büdcəsinin
hazırlanmasından ibarətdir.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 203 ____________________________
Dəqiqləşdirmə mərhələsi – yaradılan xidmətlərin, o
cümlədən, informasiya texnologiyalari servislərinin dəqiq təyin
edilməsi mərhələsidir. Aşkar edilən xırdalıqlar nəzərə
alınmaqla layihənin planı və büdcəsi dəqiqləşdirilir.
Xidmətlərin dəqiq təyin edilməsi - konseptual layihənin
hazırlanması demək olub, yekun plan və büdcə ilə birlikdə bu
mərhələnin son məhsuludur.
Quraşdırma (yaratma) mərhələsi – informasiya
sistemlərində
informasiya texnologiyalari
servislərinin
reallaşdırılması mərhələsidir. Bu mərhələdə normativ-sorğu
informasiyası hazırlanıb başa çatdırılır, yeni yaradılan
informasiya texnologiyalari servislərinin inteqrasiya edilmiş
testi (yoxlanması) həyata keçirilir. Bu mərhələnin son nəticəsi
- informasiya texnologiyalari servislərinin funksionallığının
reallaşdırılmasından ibarətdir.
Genişləndirmə mərhələsi – sistemin bir-neçə əsas
prosedurdan ibarət olan sənaye istismarı mərhələsidir.
Avadanlığın və proqram təminatının istismara hazırlanması
üçün lazımi sənədlərin işlənib hazırlanması və tirajlaşdırılması,
istifadəçilərin və müçayiətedici əməkdaşların öyrədilməsi
həyata keçirilir. Bu mərhələnin son nəticəsi – informasiya
sistemlərinin istismara hazır olmasıdır.
İstismar mərhələsi – yaradılmış servislərin təşkilatın
biznes-prosesləri çərçivəsində istismarı mərhələsidir. Bu
mərhələ informasiya sistemlərinin istismardan çıxarılması ilə
başa çatır.
Qeyd etmək lazımdır ki,
əvvəla, layihələrin heç də hamısı
bu mərhələlərin hamısından keçmir. Bu mərhələlərin hər hansı
birində aşkara çıxan səhv layihənin sonrakı mərhələyə
keçməsini qeyri-mümkün edə bilər.
İkincisi, layihələşdirmənin
quraşdırma və genişləndirmə mərhələləri xeyli baha
|