MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 206 ____________________________
layihəyə nəzarət prosesi çərçivəsində fəaliyyət göstərir.
Bununla belə, bu prosesdə tamamilə sərbəst məsələlər həll
edilir.
İnformasiya sistemləri xidmətinin
iştirak etdiyi hər bir
layihə üçün layihə meneceri təyin edilir. Bir menecer eyni
vaxtda bir-neçə layihəni idarə edir. Layihə meneceri aşağıdakı
3 mövqedən birində fəaliyyət göstərir:
•
İnformasiya
sistemləri xidməti layihənin əsas
icraçısıdırsa, menecer layihə komandasının
vahid
rəhbəri olur. Reinjinirinq layihəsində belə hal çox nadir
hadisədir.
•
Sifarişçi bölmə üzrə layihə meneceri ilə informasiya
sistemləri xidməti meneceri müştərək rəhbərlik edir.
Reinjinirinq layihəsində belə
hal da nadir rast gələn
hadisədir.
•
Layihənin informasiya texnologiyaları ilə əlaqəli
istiqamətinə rəhbərlik edir. Bu,
reinjinirinq layihəsində
daha böyük ehtimallı haldır.
Dəyişikliklərin idarə edilməsi prosesinin sərbəst
məsələləri aşağıdakılardır:
•
Layihə çərçivəsində icra
ediləcək dəyişikliklərin
qeydiyyatı. Çoxsaylı informasiya texnologiyaları ilə bağlı
iri layihələrdə adətən çoxsaylı dəyişikliklər edilir. Buna
görə də həmin dəyişikliklər xüsusi olaraq qeydiyyata
alınmalıdır.
•
Layihə çərçivəsində icra ediləcək dəyişikliklərin
nəticələrinin qiymətləndirilməsi. Təşkilatın
biznes
məsələlərini həll edən ixtiyari proqram əlavəsi
informasiya
texnologiyaları
infrastrukturu
resurslarından,
yəni serverlərdən, avadanlıqlardan,
lokal şəbəkə kabellərindən, rabitə kanallarından,