Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə123/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 194 ____________________________ 
Məsələn, bir-neçə saat qurşağında yerləşən təşkilat üçün 24x7 
rejimində işləyən elektron poçt servisi lazımdır. Bir şəhər 
hüdudlarında yerləşən təşkilat üçün isə 8x7 və ya 8x5 rejimdə 
işləyən elektron poçt servisi kifayətdir. 
Servisin əlçatanlığı və etibarlılığı servisin boşdayanması 
ilə bağlı olaraq biznes üçün meydana çıxan itkilərlə müəyyən 
edilir. Boşdayanmadan yaranan itkilər boşdayanma müddəti 
ilə xətti deyil, qeyri-xətti asılı olur. Məsələn, mobil rabitə üçün 
1-2 dəqiqəlik boşdayanma nəzərə çarpan deyil, 1 saatlıq 
boşdayanmadan alınan itkilər isə 1 saatlıq gəlir 
səviyyəsindədir. 1 günlük boşdayanma böhran müddətidir ki, 
bu halda yaranan itkilər 1 günlük gəlirdən qat-qat çox olur.
Servisin məzmunu, məhsuldarlığı, miqyası, əlçatanlığı və 
səviyyəsi bir küll halında biznesin həmin servisdən əldə etdiyi 
gəliri təyin edir. 
BİZNESİN TƏMİNOLUNANLIĞINI NECƏ ÖLÇMƏLİ? 
SERV
İSİN SƏVİYYƏSİ BARƏDƏ RAZILAŞMA 
İnformasiya texnologiyaları servisinin maya dəyərinin 
hesablanması metodikasını izah etməzdən əvvəl bu 
hesablamanın təşkilati təminatını nəzərdən keçirmək lazımdır. 
Bu baxımdan, 
servisin səviyyəsi barədə razılaşma (SSBR) və 
bununla bağlılığı olan məsələlər ön plana çəkilir.
Servisin səviyyəsi barədə razılaşma informasiya 
texnologiyaları servisinin tətbiqi və istifadəsi üzrə maliyyə 
nəticələrinə görə məsuliyyəti parçalamağı nəzərdə tutur. 
Məlum olduğu kimi, maliyyə nəticələri gəlirlər və xərclər kimi 
iki təşkiledicisi ilə təyin edilir. Gəlirlər biznes tələbləri təhlil 
edildikdə, xərclər isə servis planlaşdırıldıqda proqnozlaşdırılır. 
Buna görə də gəlirin proqnozu və servisin məzmunu, 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin