MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 174 ____________________________
edilməsi barədə verilənlərin yığılmasını təmin edən
ixtisaslaşdırılmış proqram təminatı olmadan mümkün deyildir.
SERVİSİN SƏVİYYƏSİ BARƏDƏ MÜQAVİLƏ - İNFORMASİYA TEXNOLOGİYALARI SERVİSLƏRİNİN İDARƏ EDİLMƏSİNİN TƏMƏLİ KİMİ ITIL/ITSM proseslərinin sadə təsvirinə əsasən belə bir
yanlış nəticəyə gəlmək olar ki, servisin səviyyəsi barədə
müqavilə (razılaşma) sənədi o qədər də əhəmiyyətli sənəd
deyildir. Halbuki informasiya sistemləri xidməti ilə biznes-
bölmələrin qarşılıqlı münasibətlərinə bazar və kvazibazar
xarakterini məhz servisin səviyyəsi barədə müqavilə sənədi
verir. Buna görə də bu sənəd informasiya texnologiyalari
servislərinin idarə edilməsinin mərkəzi sənədinə çevrilir.
İnformasiya sistemləri xidmətinin gündəlik fəaliyyəti müxtəlif
funksional bölmələrlə bağlı olduğundan birqiymətli deyildir.
Belə ki:
•
Servisin səviyyəsini və əlçatanlığını son istifadəçi bir cür,
müşayiətedici
xidmətin
mühəndisi
başqa
cür
qiymətləndiri;
•
Yeni informasiya sistemlərinin tətbiqi nəticələri son
istifadəçilərin tələblərinə cavab vermək baxımından
qiymətləndirildiyindən, birqiymətlilik mümkün olmur;
•
Nəticələrin xərclərə uyğunluğunun qiymətləndirilməsi də
informasiya şöbəsində bir cür, maliyyə şöbəsində başqa
cür olur.
Bu fərqlər aradan qaldırıla bilən deyildir. Çünki bu,
maraqların üst-üstə düşməməsi obyektiv hadisədir. Lakin
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 175 ____________________________
idarəetmə
baxımından
bu
fərqi
minimumlaşdırmaq
mümkündür. Bunun üçün aşağıdakı 2 şərtə əməl edilməlidir:
1.
İnformasiya sistemləri xidməti fəaliyyətinin nəticələrini
qiymətləndirmək üçün daha yaxşı formalaşdırılmış
kriteri seçilməlidir;
2.
İnformasiya sistemləri xidməti fəaliyyətinin nəticələrini
qiymətləndirməkdən ötrü prosesin bütün iştirakçıları
üçün qeyd-şərtsiz məcburi olan eyni cür prosedurlar
təyin edilməlidir.