Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


SERVİSLƏRİN MÜŞAYİƏT EDİLMƏSİ



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə108/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

SERVİSLƏRİN MÜŞAYİƏT EDİLMƏSİ 
PROSESLƏRİ BLOKU
 
İnsidentlərin 
idarə 
edilməsi 
(Incident 
Management) informasiya sistemləri infrastrukturunda əmələ 
gələn və ya istifadəçi tərəfindən aşkarlanan münaqişələrin 
emalı yolu ilə servisin cəld bərpasını təmin edir.
Bu prosesin əsas vəzifəsi münaqişə baş verən halda 
servisi mümkün qədər cəld bərpa etməkdir. Münaqişə dedikdə, 
elektrikin 
kəsilməsi, 
istifadəçinin 
işçi 
stansiyasındakı 
(kompüterindəki) sərt diskin imtinası, ofisin lokal şəbəkəsində 
kompüter virusunun aşkar edilməsi və s. nəzərdə tutulur.
İnsidentlərin (İnsident – toqquşma, hadisə, anlaşılmazlıq, 
münaqişə) idarə edilməsi prosesi aşağıdakı funksiyaları həyata 
keçirir: 

Zəngləri qəbul edir; 

İnsidentləri qeydiyyata alır, kateqoriyalaşdırır və onların 
prioritetini təyin edir; 

İnsidentləri lokallaşdırır (təkləyir) və lazım gəldikdə, 
onları uzaqlaşdırır; 

İnsidentin aradan qaldırılmasını izləyir, istifadəçiləri 
xəbərdar edir, münaqişəni bağlayır; 

İnsidentlərin idarə edilməsi sistemini qurur; 

Prosesin daim yaxşılaşmasını həyata keçirir. 
Problemlərin 
idarə 
edilməsi 
(Problem 
Management) imtinaların kökündə duran səbəbləri aşkalayıb 
ləğv etmək yolu ilə insidentlərin sayının ixtisar edilməsinə 
yönəldilmişdir. Bu prosesin əsas məqsədi insidentlərin yaranma 
səbəblərinin aradan qaldırılmasından ibarətdir. 
Problemlərin idarə edilməsi prosesinin funksiyaları 
aşağıdakılardır: 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 169 ____________________________ 

İnsidentlərin statistikasının təhlili; 

Problemlərin qeydiyyata alınması, köklü səbəblərin 
aşkarlanması və ləğvinin izlənilməsi; 

Məlum səhvlərin tapılması və nəzarətə götürülməsi; 

Problemin həlli və bağlanması; 

Problemlərin və məlum səhvlərin idarə edilməsi 
sisteminin qurulması; 

Texniki dəstək və standartlar arasında qarşılıqlı fəaliyyət 
barədə razılaşma imzalanması və standartlara nəzarət 
edilməsi; 

Prosesin daim yaxşılaşdırlıması. 
Dəyişikliklərin 
idarə 
edilməsi 
(Change 
Management) təşkilatın informasiya sistemləri mühitindəki 
bütün mühüm dəyişiklikləri qeydiyyata alır, dəyişiklik 
edilməsinə icazə verir, dəyişikliklər üzrə işlərin qrafikini 
hazırlayır, resursların qrşılıqlı fəaliyyətini təşkil edir və mümkün 
riskləri qiymətləndirir. 
Bu 
prosesin 
əsas 
vəzifəsi 
əsaslandırılmamış, 
düşünülməmiş, potensial surətdə riskli dəyişikliklərin qarşısını 
almaqdan ibarətdir. 
Dəyişikliklərin idarə edilməsi prosesi aşağıdakı funksiyaları 
yerinə-yetirir: 

Dəyişikliyə sorğunun işlənməsi; 

Dəyişikliyin nəticələrinin qiymətləndirilməsi; 

Dəyişikliyin təsdiq edilməsi; 

İmtina zamanı bərpa da daxil olmaqla, dəyişikliklərin 
aparılması qrafikinin tərtibi; 

Dəyişikliyə sorğunun emalı prosedurunun təyin edilməsi; 

Dəyişikliyin kateqoriyasının və prioritetinin təyin 
edilməsi; 

Dəyişikliklər layihəsinin idarə edilməsi; 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin