Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə104/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 163 ____________________________ 
ITIL/ITSM modelinin əsas bölmələri aşağıdakılardan 
ibarətdir:

İnformasiya texnologiyalari servislərinin təqdim edilməsi 
(
Service Delivery); 

İnformasiya texnologiyalari servislərinin müşayiət 
edilməsi (
Service Support); 

Biznes mövqeyindən informasiya texnologiyalarina baxış 
(
Busines Perspective); 

İnformasiya texnologiyalari infrastrukturunun və 
telekommunikasiyanın idarə edilməsi (
ICT Infrastructure 
Management); 

Proqram əlavələrinin idarə edilməsi (
Applications 
Management). 
Bu, şəkil 25-dəki kimidir: 
Şəkil 25. ITIL/ITSM modelinin əsas bölmələri 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 164 ____________________________ 
Biznes-istifadəçilərin 
tələblərini 
ödəmək 
üçün 
malgöndərəndən məhz hansı informasiya texnologiyalari 
servisinin 
tələb 
edilməsi 
informasiya texnologiyalari 
servislərinin təqdim edilməsi blokunda müəyyən edilir. 
İnformasiya texnologiyalari servislərinin müşayiət 
edilməsi bloku sifarişçilərin informasiya texnologiyalari 
servisindən istifadə edə bilməsini təmin edir. 
Biznes mövqeyindən informasiya texnologiyalarina baxış 
bloku aşağıdakı prosesləri özündə birləşdirir: 

Kəsilməz biznesin idarə edilməsi, başqa sözlə, fövqəladə 
hallarda – yanğın, subasma (daşqın), terakt və s. 
zamanı biznesin normal fəaliyyətinin bərpası; 

Digər təşkilatlarla partnyorluq və autsorsinq; 

Dərin dəyişikliklər zamanı təşkilati davranış qaydaları; 

Radikal dəyişikliklər yolu ilə biznesin transformasiyası. 
İnformasiya 
texnologiyalari 
infrastrukturunun 
və 
telekommunikasiyanın idarə edilməsi bloku aşağıdakı prosesləri 
əhatə edir: 

Şəbəkə servislərinin idarə edilməsi; 

Əməliyyatların, 
daha 
doğrusu, 
informasiya 
texnologiyalari infrastrukturundakı reqlamentli işlərin 
idarə edilməsi; 

Lokal proseslərin idarə edilməsi; 

Kompüterlərin qurulması və onların istismara qəbul 
edilməsi; 

Sistemlərin idarə edilməsi. 
Proqram əlavələrinin idarə edilməsi bloku proqram 
təminatının yaradılmasından testləşdirilməsinədək bütün ömür 
tsiklinin əhatə edir. 

Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin