Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə109/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 170 ____________________________ 

Dəyişikliklərin qiymətləndirilməsi üzrə komitənin işinin 
təşkili; 

Prosesin daim yaxşılaşdırılması.
Konfiqurasiyanın idarə edilməsi (Configuration 
Managenent) informasiya texnologiyalari infrastrukturu 
barədə olan informasiyanı qeydiyyata alır və nəzarətə götürür. 
Bu prosesin əsas məqsədi informasiya sistemlərinin 
konfiqurasiyası üzrə verilənləri dəstəkləməkdən və aktual 
vəziyyətdə saxlamaqdan ibarətdir. Burada əsas məsələ aparat 
və proqram təminatlarının bütün təşkiledicilərinin uçota 
alınmasıdır. 
Konfiqurasiyanın idarə edilməsi prosesi aşağıdakı 
funksiyaları yerinə-yetirir: 

Konfiqurasiya vahidlərinin verilənlər bazasını işlədir; 

İnformasiya sistemləri xidməti aktivlərinin idarəedici 
uçotunu və verilənlər bazasının bütövlüyünə nəzarət də 
daxil olmaqla aktivlərin vəziyyətinin uçotunu aparır. 

Konfiqurasiya verilənlərinin ilkin daxil edilməsini həyata 
keçirir; 

Konfiqurasiyanın idarə edilməsi sistemini qurur; 

Prosesin daim yaxşılaşdırılmasını həyata keçirir. 
Relizlərin idarə edilməsi (Release Management) 
təşkilatın informasiya sistemləri mühitinə daxil edilən 
dəyişikliklərin razılaşdırılmasını təmin edir.
Miqyasına görə relizlər 3 növ olur: 

Proqram təminatının və (və ya) avadanlıqların 
təzələnməsi üzrə böyük reliz (Reliz (
release) dedikdə,
testləşdirilən və mövcud mövqelərlə birlikdə tətbiq edilən 
yeni və ya dəyişdirilmiş konfiqurasiya mövqeləri nəzərdə 
tutulur). Bu, adətən iri həcmli funksional yenilikləri əhatə 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 171 ____________________________ 
edərək, əvvəl düzəldilmiş səhvləri və kiçik relizləri artıq 
işə çevirir; 

Proqram təminatının və (və ya) avadanlıqların 
təzələnməsi üzrə kiçik reliz. Bu, adətən azəhəmiyyətli 
yaxşılaşdırmaları əhatə edir. Bunların bəziləri fövqəladə 
relizlərlə həll edilmişdirsə, bunları kiçik reliz ləğv edir;

Proqram təminatının və (və ya) avadanlıqların 
təzələnməsi üzrə fövqəladə reliz. Bu, adətən bəzi məlum 
səhvləri düzəltməyi nəzərdə tutur.
Reallaşdırılma üsuluna görə də relizlər 3 növ olur:
1.
Tam reliz. Tam relizdə relizin bütün komponentləri 
işlənib hazırlanır, testləşdirilir, yayımlanır və birlikdə tətbiq 
edilir. Nəticədə relizin əməktutumu artır, əvəzində isə mümkün 
problemlərin işlənib hazırlanma və testləşdirmə mərhələlərində 
aşkarlanması və ləğv edilməsi ehtimalı artır ki, bu da sənaye 
istismarı mühitini daha etibarlı edir; 
2.
Delta-reliz və ya hissəvi reliz. Delta-reliz yalnız yeni və 
ya dəyişdirilmiş konfiqurasiya mövqelərini əhatə edir. Məsələn, 
söhbət proqram relizindən gedirsə, delta-reliz yalnız ötən reliz 
momentindən sonra dəyişdirilmiş və ya yeni daxil edilmiş 
modulları əhatə edir; 
3.
Relizlər paketi. Relizlər paketi bir-neçə müxtəlif tam və 
hissəvi relizləri əhatə edir. Bu relizlər yayımlanıb birgə tətbiq 
edilərək relizlərin ümumi sayını azaldır ki, bu da istifadəçilərin 
işini yüngülləşdirir. Relizlər adətən ayrica hazırlanır və testləşdi-
rilir, sonra isə bir paketdə birləşdirilir.
Relizlərin idarə edilməsi prosesinin ən məsuliyyətli sferası 
etalon proqram təminatı kitabxanasıdır (DSL- Definitive 
Software Library). Bütün etalon proqram təminatı kitabxanası 
mövqeləri konfiqurasiya mövqelərinin verilənlər bazasında 
(
CMDB - testləşdirilmiş və yayımlanmağa hazırlanmış 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin