MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 173 ____________________________
göstərən cəmi işçi heyəti nəzərdə tutulur) tipik
kişik
informasiya sistemləri xidmətində
ITIL/ITSM ikili rol oynayır:
bir tərəfdən, informasiya sistemləri xidmətinin idarə edilməsinə
informasiya texnologiyalari servislərinin
idarə edilməsi kimi
yanaşmanın ardıcıl tətbiqini təmin edir, digər tərəfdən isə,
informasiya sistemləri xidməti məsələlərini və bunlara
cavabdeh əməkdaşları qeydiyyata alır. İşçilərinin sayından asılı
olmayaraq, informasiya sistemləri
xidməti servislər təqdim
etmək, servisləri müşayiət etmək, əsas biznesə inteqrasiya
olunmaq, proqram əlavələrini idarə etmək və informasiya
texnologiyalari infrastrukturunu idarəetmək
məsələlərini həll
etməlidir. Bu halda azsaylı işçilərin çoxsaylı rollarda çıxış etməsi
sayəsində minimal formalaşdırılmış proseslər şəraitində
idarəetməyə xidmət məsələlərinin həlli mümkün olur. Bu
variantda informasiya sistemləri xidmətinin proqram təminatı
standart ofis paketlərindən ibarət olur.
Növbəti səviyyə formallaşdırılmış proseslər səviyyəsidir ki,
bu səviyyədəki tipik informasiya sistemləri xidməti 10-30
nəfərlik olur. Bu halda informasiya sistemləri xidmətində əsas
rolların ifasını yazılı qeydiyyata alan və tənzimləyən daxili
siyasət meydana gəlir. Bu səviyyədə istifadə edilən
ITIL/ITSM
modelində servisin səviyyəsi barədə
formal müqavilə mövcud
olur. Bu səviyyənin proqram təminatı işçi stansiyanın idarə
edilməsini təmin edən ixtisaslaşdırılmış proqram təminatıdır.
Nəhayət, yüksək səviyyə - avtomatlaşdırılmış biznes-
proseslər səviyyəsidir ki, bu səviyyədəki
tipik informasiya
sistemləri xidməti 30 nəfərdən çox işçi ilə təmsil olunur. Bu
səviyyədəki informasiya sistemləri xidmətinin fəaliyyəti
korporativ şəbəkənin təhlilini, müştəri işçi yerlərindəki
avadanlıqlar və proqram təminatı və bu təminatın idarə