MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 223 ____________________________
Müştəri hissəsinin nüvəsini kross-cədvəllər (şahmatşəkilli
təsvir) təşkil edir ki, bu da təhlil serverinə qoşularaq istifadəçi
əlavələri üçün interfeys rolunu oynayır. Həmin interfeys
operativ analitik emal sistem verilənlərinə və serverdə yerləşən
verilənlərin alınması vasitələrinə müraciəti təmin edir. Müştəri
əlavələri kross-cədvəllər
xidmətinə ya
C++ üçün yaradılmış
OLE DB interfeysi, ya da obyektlərin ActiveX interfeysi
vasitəsilə qoşulur. Kross-cədvəllər xidməti serverdəki kublar və
ya cədvəllər əsasında,
yaxud da
OLE DB interfeysinin köməyi
ilə relyasiyalı bazalardan verilənlərin alınmasının lokal
modellərini yarada bilir.
Kross-cədvəllər, həmçinin lokal
maşında saxlana bilir və serverə qoşulmadan
off-line
rejimində
istifadə edilir.
Müştəri hissəsinin arxitekturası şəkil 30-da verilmişdir.
Şəkil 30. Müştəri hissəsinin arxitekturası
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 224 ____________________________
SQL Server 2000 Analysis Services verilənlərin təhlili və
alınması üçün obyektlər yığımı təmin edir.
Operativ analitik
emal sisteminin əsas obyekti kubdur. Çünki sonuncu
istifadəçiyə lazım olan bütün ibformasiya kubda saxlanır.
Kubdakı informasiya ölçü və ölçmələrdən təşkil edilmiş
çoxölçülü quruluşa malik olur. Məsələn,
istifadəçini cari ilin
birinci rübündə şimal-qərb regionunda aparat satışı
maraqlandırırsa, bu halda kubda üç ölçü və bir ölçmə saxlanır
ki, bunlar da aşağıdakılardan ibarətdir:
•
Ölçü – MƏHSUL (məhsulun kateqoriyası da nəzərə
alınmaqla);
•
Ölçü – COGRAFİYA (şimal-qərb regionu da daxil
olmaqla);
•
Ölçü – ZAMAN (ilin birinci rübü daxil olmaqla);
•
Ölçmə - SATIŞ (cəmlənməli olan kəmiyyət verilənləri).
OLAP-təhlil cari və keçmiş
dövrlərə aid verilənlərin
aqreqatlaşdırılmasını həyata keçirdiyindən, gələcək dövrlərə aid
təhlil də aparmağa imkan verir. Belə ki, məsələn, baxdığımız
misaldakı verilənlərə əsasən gələn ilin birinci rübündə şimal-
qərb regionunda aparat satışı hansı məbləğlə ifadə oluna bilər
sualına da cavab almaq mümkündür. Verilənlərin alınması
prosesinin əsas obyekti cari və keçmiş dövrlərə aid
verilənlərdən hasil edilmiş biliklərin saxlanması üçün platforma
təşkil
edən modeldən ibarətdir ki, bu da proqnoz məlumatları
almaq üçün istifadə edilən ehtimallar formasında və ya ehtimal-
ların paylanması funksiyaları şəklində ola bilir.
Təhlil və verilənlərin alınması üçün olan obyektlər
müəyyən iyerarxiya yaradır. Məsələn, kublar, ölçülər və
verilənlərin əldə edilməsi modelləri
bir iyerarxiya təşkil edir
(şəkil 31).