Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə138/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 214 ____________________________ 
edilir. 2002-ci ilin əvvəlinə operativ analitik emal sistemlər 
bazarı 3 milyard dolları aşmışdı. Verilənlərin operativ analitik 
işlənməsi sistemlərinə maraq onunla bağlıdır ki, bu sistemlər: 
kim (malgöndərən, satıcı, müştəri), nə qədər (xərc, gəlir), 
harada (bazar, ölkə, region), nə vaxt (maliyyə ili, rüb, ay) kimi 
suallara dəqiq cavab verə və bazarda konkret situasiyanın və 
müxtəlif biznes-amillərin necə dəyişdiyini gerçək əks etdirə 
bilir.
Operativ analitik emal sistemlərin əsas istehsalçıları və 
onların bazar payları cədvəl 7-də verilmişdir. 
Cədvəl 7. 
OLAP-sistemlərin əsas istehsalçıları 
Şirkət 
Bazar 
payı, % 
G
əlir, mln 
dollar 
Hyperion Solutions (Essbase) 
21 
488 
Microsoft
(Analytical Services) 
21 
SQL serverin 
t
ərkibində 
Cognos (Power Play)
12 
466 
Oracle (Express) 

460 
Microstrateqy (DSS Suite) 

172 
Business Objects (Business 
Objects) 

425 
Applix 

40 
Comshare (Commander Prism) 

69 
İBM (DB2 OLAP Server) 


 
Operativ analitik emal sistemlər üçün ilkin verilənlər 
mənbəyi ya relyasiyalı verilənlər bazası (
RDBMS), ya da 
çoxölçülü berilənlər bazası (
MDBMS) olur. Odur ki, operativ 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 215 ____________________________ 
analitik emal sistemləri istifadə edilən verilənlər bazasından asılı 
olaraq fərqləndirirlər (cədvəl 8). 
Son istifadəçilərin müştəri stansiyalarında çoxölçülü 
verilənlər bazasının dinamik yüklənməsinə istiqamətləndirilmiş 
operativ analitik emal sistem sinifləri də mövcuddur. Bu 
sistemlər kubların köməyi ilə həm verilənlərin analitik 
işlənməsini həyata keçirir, həm də verilənlərin ilkin hazırlanması 
və dəyişdirilməsi üçün zəruri olan bütün prosedurları yerinə 
yetirir. Belə sistemlərə: 
Cognos şirkətinin Power Play sistemini, 
Business Objects şirkətinin Business Objects sistemini, Brio 
Technology şirkətinin BrioQuery sistemini Platinum Technology 
(indiki 
Computer Associates) şirkətinin Forest&Trees sistemi 
aiddir. 
Cədvəl 8. 
OLAP-sistemlərin növləri 
OLAP-
sistem 
Xüsusiyy
ətləri 
MOLAP Çoxölçülü 
OLAP-sistemidir, çoxölçülü MDBMS 
verilənlər bazası ilə işləyir. 
MDBMS bazasında 
aqreqatlaşdırılmış (iriləşdirilmiş, girdələşdirilmiş) 
verilənlər kublar (üçölçülü cədvəllər) üçün olan 
verilənlərlə birlikdə saxlanır. 
MOLAP - sistemi 
OLAP-təhlilin bütün tsiklini təmin edir. İnkişaf 
etmiş çoxölçülü VBİS-ə (verilənlər bazasını idarə 
edən sistemə) malikdir. Olduqca bahadır.
MOLAP- sisteminə misal olaraq Essbase və 
Oracle Express Server sistemlərini göstərmək 
olar.
ROLAP Relyasiyalı
OLAP-sistemidir. Relyasiyalı RDBMS 
verilənlər bazası ilə işləyir. Bu bazada kub üçün 
verilənlər və aqreqatlaşdırılmış verilənlər saxlanır. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin