MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 33 ____________________________
ŞİRKƏTİN İNFORMASİON
İNFRASTRUKTURU
Şirkətin informasion
infrastrukturu maliyyə, istehsal və
kadrların
strateji, taktiki və operativ (əməli) səviyyələrdə
informasiya texnologiyalarının dəstəyi ilə aşağıdan-yuxarı
verilənlərin
biliklərə,
yuxarıdan-aşağı
isə
qərarların
informasiyaya çevrilərək hərəkət dövranını əhatə edir. Burada
“istehsal” strukturun mərkəzinə qoyulmuşdur. Bu struktur real
iri
ERP-sistemlərin fəaliyyətini daha gerçək təsvir edir. Bu, bir
də onunla bağlıdır ki, şirkət,
mahiyyətcə, ya dəyər yaradan,
ya da dəyər əlavə edəndir.
Şirkətin
informasion
infrastrukturunun
“İstehsal”
elementi aşağıdakıları əhatə edir:
•
Daxilolan və çıxan logistika;
•
İstehsal prosesinin və ya tsiklinin özü;
•
Marketinq və istehsal edilən məhsulun satışı;
•
Satılmış məhsula servis
dəstəyi göstərilməsi üzrə
xidmətlər.
Daxilolan logistika istehsal üçün materialların axtarışı,
alınması və saxlanması proseslərini birləşdirir. Çıxan logistika
isə hazır məhsulun saxlanması və
göndərilməsi proseslərini
əhatə edir. Marketinq və satış məhsulun bazarda yeridilişini
təmin edir. Satışsonrası xidmətlər
zəmanət və məsləhət
xidmətləridir.
Beləliklə, şirkətin informasion infrastrukturu dedikdə,
şirkətdə mövcud olan ayrı-ayrı bölmələr arasındakı üfqi və
şaquli informasiya axınları sistemi nəzərdə tutulur.
İdarəetmə və qərar qəbulu informasiya texnologiyaları
bazasında,
daha dəqiq desək, texniki təməl üzərində həyata