MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 27 ____________________________
misalda olduğu kimi, müxtəlif illərdə buraxılmış
Windows-
lardan, xüsusən də kimsə
Apple Macintosh-dan istifadə edirsə,
bunları bir-birinə qoşmaq problemi ayrıca həll edilməlidir.
Qızın dəftərdki qeydləri ilə nə etməli? Onun verilənlərini
əl ilə daxil etmək lazım gəlir. Belə hallar gerçək şirkətlərdə heç
də qeyri-adi hal deyil: əl ilə verilən daxil etmək həmişə
mövcud olur və onu tam aradan qaldırmaq olmaz.
İkinci inteqrasiya səviyyəsi - proqram əlavələrinin
bir-birinə qoşulabilənliyi. Əgər inteqrasiya informasiya
texnologiyaları səviyyəsində təmin edilmişdirsə, bütün
istifadəçilər bir şəbəkədə birləşdirildikdə sual yarana bilər ki,
müxtəlif sistemlərdə verilənlərin emal nəticələri inteqrasiyedici
sistem tərəfindən dərk edilirmi. Məsələn, ana
Excel-də, oğul
Access və ya Word-də işləyirsə, ata ayın axırına qalıqlar
barədə məlumat almaq üçün müxtəlif proqram əlavələrinə
müraciət etməlidir. Aydındır ki, vahid sistem daxilində bunu
etmək çətin deyildir. Ola bilər ki, oğul öz maliyyə fəaliyyətini
idarə etmək üçün xüsusi paket yazsın. Bunu ata da istəyir.
Lakin ata oğula verilənlərin hazırlanması və AB sisteminə daxil
edilməsi üçün əvvəlcədən müəyyən standart təklif edir.
Prinsipcə, ailənin hər bir üzvü özünün informasiya sistemləri ilə
işləyə bilər. Lakin bu halda daxil edilən verilənlər
inteqrasiyaedici AB sisteminə aydın (başa düşülən) şəkildə
olmalıdır.
Üçüncü inteqrasiya səviyyəsi – biznesin idarə
edilməsinin inteqrasiyası. Bu səviyyədə bütün sistemlər
birləşdirilmişdir və həm informasiya texnologiyaları, həm də
proqram əlavələri üzrə əla qoşulmalar mövcuddur. Bu halda
ata ailənin maliyyələşdirilməsi barədə qərar qəbulunu AB
sisteminin özü tərəfindən təqdim edilən AB istifadəçilərinin