MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 23 ____________________________
ləri sistemə bir dəfə daxil etməyi və kompleks şəkildə istifadə
etməyi nəzərdə tutur. Çünki bu halda informasiyanın
saxlanması, ötürülməsi və təqdim edilməsinin forma və
metodlarına vahid tələblər formalaşır,
yəni informasiya
prosesləri üçün vahid standart təyin edilir. Bu ona görə
lazımdır ki, informasiya sistemlərinin istənilən yerində iqtisadi
verilənlər birmənalı başa düşülsün”.
QEYD
:
İnteqrasiya (latınca integratio — birləşmə anlamını
verir) dedikdə hissələrin bütöv halında
birləşməsi başa
düşülür.
Yevgeniy Qriqoryeviç Yasin (1934-ci ildə anadan
olmuşdur) rusiyalı iqtisadçı-alimi, ictimai xadim, Rusiya
Federasiyasının İqtisadiyyat naziri (1994-1997), “Ali iqtisad
məktəbi”nin
elmi rəhbəri, “Liberal missiya” fondunun
prezidenti.