Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə13/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 24 ____________________________ 
ERP-sistemləri müəssisədə planlaşdırma, idarəetmə və 
nəzarət məsələlərinin gerçək inteqrasiya edilmiş şəkildə 
həllinə imkan verir. Bu mənada, 
ERP-sistemləri inteqrasiya 
edilmiş informasiya sistemləridir (İNEDİNSİ). Bunlar bəzən də 
inteqrasiya edilmiş idarəetmə sistemləri (İNEDİS) adlanır. 
Çünki burada informasiya sistemləri şirkətin funksional 
altsistemlərini təmin edən informasiya proseslərini dəstəklə-
yən verilənlər mübadiləsini vahid standartlar çərçivəsində 
saxlayan 
birləşdirilmiş 
informasiya 
texnologiyaları 
platformalarına əsaslanır. Məsələn, 
SAP R/3 tam funksionallıq 
təmin edir. Yəni şirkətin istehsal, maliyyə, mühasibatlıq, 
marketinq, zəruri resursların satın alınması, hazır məhsulun 
satışı və s. kimi bütün funksional istiqamətlərindəki biznes-
prosesləri avtomatlaşdırmaq imkanı verir. 
SAP R/3 inteqrasiya edilmiş qərar hazırlayır. Çünki qərar 
qəbulunu şirkətin bu sistemin xidmətlərindən istifadə edən 
bütün bölmələrində verilənlər və informasiyanın hazırlanması 
və təqdim edilməsinin vahid standartlarına əsasən hazırlayır. 
Beləliklə, 
ERP-sistemlər şirkətin biznes-proseslərini vahid 
texnoloji və informasion əsasda avtomatlaşdırmaq üçün 
vasitələr təqdim edir.
Digər tərəfdən, 
ERP-sistemlər daha bir vacib xassə 
nümayiş etdirir. İri şirkət və ya xoldinq, bir qayda olaraq, 
müxtəlif bölmələrdə və ya tabe (qız) müəssisələrdə 
müvəffəqiyyətlə işləyən bir-neçə müxtəlif informasiya 
sistemlərinə malik olur. Göstərək ki, 
ERP-sistemin müvafiq 
modulları pərakəndə paylanmış sistemlərdə ya xüsusi hazırlıq 
işi görülmədən işləmir, ya da məqsədəuyğun olmur. Bu halda 
ERP-sistem birləşdirici və ya inteqrasiyaedici rol oynayır. Yəni 
şirkətdə bütün iyerarxiya səviyyələri üzrə fəaliyyət göstərən 
müxtəlif təbiətli və müxtəlif funksional imkanlara malik olan 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin