MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 21 ____________________________
Bu konsepsiyaya analoji olaraq keçmiş SSRİ-də
MAİS –
müəssisənin avtomatlaşdırılmış idarəetmə sistemi yaradıldı.
“ERP-
SİSTEM”LƏRİ
20-ci əsrin 80-ci illəri
MRPII sistemlərinin inkişafı illəri idi.
Bu inkişaf təkcə istehsalla bağlı proseslərə aid deyildi.
Avtomatlaşdırma maliyyə fəaliyyəti məsələlərini həll etməyə
kömək etdi. İnformasiya sistemləri vergitutma, hüquq xidməti,
ətraf mühitlə qarşılıqlı münasibətlər
kimi köməkçi fəaliyyət
proseslərini
əhatə
etdi.
Bundan
əlavə,
transmilli
korporasiyaların tələbatlarına xidmət göstərmək -
müxtəlif
hüquqi, fiskal (Nəzarətedici) və gömrük şərtlərində, müxtəlif
dillərdə tərtib edilmiş sənədlərdə və müxtəlif valyutalarda
müştəri və malgöndərənlərlə hesablaşmaların aparılması
problemlərini həll etmək demək idi. Bu məsələlərin həllinin
avtomatlaşdırılmasına tədiyəqabiliyyətli
tələb tədricən yeni tip
informasiya sistemləri formalaşdırdı. İndi artıq yeni informasiya
sistemləri konsepsiyasının müəllifi,
MRP və MRPII sistemlərinin
müəllifi O.Uayt kimi bir nəfər deyil, qloballaşma və
informatlaşdırmanın yeni çalarları
ilə bəzənmiş müasir
iqtisadiyyatdır.
1990-cı illərdə korporativ informasiya sistemlərinin inkişaf
etdirilməsi və tətbiqi sahəsində dünyada məşhur olan
GartnerGroup şirkəti ERP-sistemlərini iri korporasiyalarda
qərarların hazırlanması və qəbulu aləti kimi etiraf etdi.
ERP-sistem dedikdə, artıq
iri müəssisələrdə biznes-
proseslərin avtomatlaşdırılması və optimallaşdırılması ilə
inteqrasiya edilmiş planlaşdırma və idarəetmə ideologiyası
nəzərdə
tutulur.
ERP-sistemləri
planlaşdırma,
uçot,
maliyyələşdirmə, istehsal, resurs sifarişləri və hazır məhsul