Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə118/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 185 ____________________________ 
olan qeyri-məhsuldar xərclər işçi vaxtı məsrəflərinin tərkibinə 
daxil edilir. 
İstifadəçilərin boşdayanması ilə bağlı itkilər – bunlar 
təşkilat üçün informasiya texnologiyaları servisindəki bu və ya 
digər fasilə nəticəsində istifadəçilərin boşdayanması ilə bağlı 
olan itkilərdir. Boşdayanma planlı və plansız ola bilir. Birinci 
hal avadanlığın və ya proqram təminatının təzələnməsi və s. 
üzrə reqlamentli boşdayanmadır. İkinci hal hər hansı insident 
(İnsident dedikdə, servisin normal fəaliyyətinə aid olmayan 
ixtiyari hadisə başa düşülür ki, bunun da nəticəsində xidmətin 
keyfiyyətinə az və ya çox xələl gəlir) üzündən servisin 
pozulması ilə bağlı baş verən boşdayanmadır. Boşdayanma 
adətən saatla ölçülür. 
Dell firmasının sahibolmanın icmal 
dəyəri metodikası üzrə hesablamaları göstərmişdir ki, 
istifadəçilərin boşdayanması ilə bağlı itkilər informasiya 
sistemlərinə çəkilən ümumi xərclərin orta hesabla 16%-ni 
təşkil edir.
Boşdayanmalar həm müddətinə, həm də dəyərinə görə 
fərqlənir. Məsələn, printer boyağına görə boşdayanma 
qısamüddətli, verilən itkisi ilə bağlı boşdayanma isə 
uzunmüddətli olur. Adi günlərdəki boşdayanma ilə balans 
tərtibi momentindəki boşdayanma müəssisə üçün fərqli 
əhəmiyyət kəsb edir. 
Özünüdəstəkləmə ilə bağlı itkilər. Özünüdəstəkləmə 
dedikdə, yaranmış insidentin informasiya sistemi xidmətinin 
köməyi olmadan istifadəçinin informasiya sistemi ilə özünün 
həll etməsi başa düşülür. Bu halda istifadəçi özünə aid 
olmayan işlə məşğul olur ki, bu da biznes-proses baxımından 
boşdayanma hesab olunur. Bu itki informasiya sistemi 
xidmətində qəbul edilmiş qayda və siyasət pozuntusu ilə 
bağlıdır. Bu, istifadəçinin informasiya sistemi qaydalarından 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin