Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə121/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 190 ____________________________ 

Tətbiq edilən texnoloji platformaların tərkibi və onların 
qarşılıqlı fəaliyyətinin mürəkkəbliyi; 

Biznes-proseslər, informasiya sistemləri xidmətinin 
təşkili və texnologiyası; 

İşçi heyətinin ixtisası və motivasiya (Sübutlar, dəlillər, 
əsaslar) səviyyəsi; 

Biznes-istifadəçilərin servisin səviyyəsinə qarşı tələbləri. 
Faktorlu sahibolmanın icmal dəyəri modeli təşkilatın 
bütün informasiya sistemlərinin sahibolmanın icmal dəyərini 
daha sadə ölçülən və proqnozlaşdırılan kəmiyyətlərə əsasən 
proqnozlaşdırmağa imkan verir. Aydındır ki, təşkilatın ölçüsü 
böyük, işçi yerlərinin sayı çox, müxtəlif texnoloji platformalar 
(Müxtəlif tip avadanlıqlar, əməliyyat sistemləri, tətbiqi 
proqramlar və s.) çox və biznes-istifadəçilərin xidmətə qarşı 
tələbləri yüksək olduqca sahibolmanın icmal dəyəri yüksək 
olacaqdır. 
Biznes-proseslərin, 
informasiya 
sistemləri 
xidmətinin təşkili və texnologiyası və həmçinin, işçi heyətinin 
ixtisası və motivasiyası səviyyələri yüksək olduqca isə 
sahibolmanın icmal dəyəri aşağı olacaqdır. Statistik verilənlər 
kifayət qədər olduqda müvafiq reqressiya tənliklərindən 
istifadə etmək olur. Bu halda biznes-proseslərin və ya 
istifadəçilərin ixtisası və motivasiya səviyyələri kimi keyfiyyət 
göstəriciləri xüsusi ballar sistemi ilə ölçülür (Bu ballar sistemi 
ABŞ-da yaradılmış 
Gartner Group adlı məsləhətçi şirkət 
tərəfindən hazırlanmışdır). 
Bununla yanaşı, sahibolmanın icmal dəyəri modelinin 
praktiki tətbiqi onun bir sıra problemlərinin olduğunu 
aşkarlamışdır. Bunlardan biri müqayisə edilən təşkilatların 
müqayisəyəgələnliyi problemidir. Çünki eyni informasiya 
sistemi müxtəlif təşkilatlarda müxtəlif məsələlərin həllində 
istifadə oluna biləndir.



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin