MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 194 ____________________________
Məsələn, bir-neçə saat qurşağında yerləşən təşkilat üçün 24x7
rejimində işləyən elektron poçt servisi lazımdır. Bir şəhər
hüdudlarında yerləşən təşkilat üçün isə 8x7 və ya 8x5 rejimdə
işləyən elektron poçt servisi kifayətdir.
Servisin əlçatanlığı və etibarlılığı servisin boşdayanması
ilə bağlı olaraq biznes üçün meydana çıxan itkilərlə müəyyən
edilir. Boşdayanmadan yaranan itkilər boşdayanma müddəti
ilə xətti deyil, qeyri-xətti asılı olur. Məsələn, mobil rabitə üçün
1-2 dəqiqəlik boşdayanma nəzərə çarpan deyil, 1 saatlıq
boşdayanmadan alınan itkilər isə 1 saatlıq gəlir
səviyyəsindədir. 1 günlük boşdayanma böhran müddətidir ki,
bu halda yaranan itkilər 1 günlük gəlirdən qat-qat çox olur.
Servisin məzmunu, məhsuldarlığı, miqyası, əlçatanlığı və
səviyyəsi bir küll halında biznesin həmin servisdən əldə etdiyi
gəliri təyin edir.
BİZNESİN TƏMİNOLUNANLIĞINI NECƏ ÖLÇMƏLİ? SERV İSİN SƏVİYYƏSİ BARƏDƏ RAZILAŞMA İnformasiya texnologiyaları servisinin maya dəyərinin
hesablanması metodikasını izah etməzdən əvvəl bu
hesablamanın təşkilati təminatını nəzərdən keçirmək lazımdır.
Bu baxımdan,
servisin səviyyəsi barədə razılaşma (SSBR) və
bununla bağlılığı olan məsələlər ön plana çəkilir.
Servisin səviyyəsi barədə razılaşma informasiya
texnologiyaları servisinin tətbiqi və istifadəsi üzrə maliyyə
nəticələrinə görə məsuliyyəti parçalamağı nəzərdə tutur.
Məlum olduğu kimi, maliyyə nəticələri gəlirlər və xərclər kimi
iki təşkiledicisi ilə təyin edilir. Gəlirlər biznes tələbləri təhlil
edildikdə, xərclər isə servis planlaşdırıldıqda proqnozlaşdırılır.
Buna görə də gəlirin proqnozu və servisin məzmunu,