MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 197 ____________________________
maliyyə nəticələrinin qiymətləndirilməsi ayrı-ayrı servislər üzrə
gəlir və xərclərin müqayisə edilməsi yolu ilə həyata keçirilir.
İnformasiya texnologiyaları servislərinə çəkilən xərclərin
təhlilində rast gəlinən əsas çətinlik informasiya texnologiyaları
servisləri ilə informasiya sistemləri xidmətləri arasında mövcud
olan cürbəcür və mürəkkəb qarşılıqlı əlaqələrdir. Belə ki, bir
tərəfdən, bir resurs müxtəlif servislərdə istifadə edilir, digər
tərəfdən də, bir servisin həyata keçirilməsində müxtəlif
resurslar iştirak edir. Bütün bunlar isə ayrı-ayrı konkret
xərclərlə bağlıdır. Məhz buna görə xərclər uçotunun
fəaliyyət
növləri üzrə aparılması metodikası tətbiq edilir. Bu, fəaliyyət
növü modeli adlanır. Bu modelin (metodikanın - Nümunə kimi,
xərclərin aylıq səviyyəsi seçilmişdir) əsas anlayışları
aşağıdakılardan ibarətdir:
•
Xərc obyekti (Cost Object). Fəaliyyət növü modelində
bu, xərci hesablanan son məhsul və ya xidmətdir.
İnformasiya sistemləri xidmətinin son məhsulu
informasiya texnologiyaları servisidir.
•
Resurs (Resource) dedikdə, informasiya sistemləri
xidmətində istifadə edilən ixtiyari istehsal amili nəzərdə
tutulur.
•
Fəaliyyət növü (activity - ingiliscə, funksiya, fəaliyyət)
dedikdə, xərc obyektini almaq üçün insan və ya maşınla
icra edilən əməllər məcmusu başa düşülür.
Fəaliyyət növü modeli xərc obyektlərini, resursları və
fəaliyyət növlərini təkcə dəyər ifadəsi ilə deyil, həm də natural
ölçülərdə uçota almağı nəzərdə tutur. Məsələn, “Baş kitab”
servisi üçün ölçü aparılan mühasibat müxabirləşməsi
(Бухгалтерская проводка), “Elektron poçt” servisi üçün
çatdırılmış (alınmış və/və ya göndərilmiş) xəbərlər,
“İstifadəçilərin sorğularının emalı” xidməti üçün ölçü istifadəçi