Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə128/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 201 ____________________________ 
bağlı prosedurlar isə 
layihənin idarə edilməsi prosedurları 
adlanır.
İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAF 
LAYİHƏLƏRİNİN NÖVLƏRİ
İnformasiya texnologiyalarının inkişaf layihələri olduqca 
cürbəcürdür. Layihələrin və proseslərin idarə edilməsi 
prosedurlarının əksəriyyəti layihənin hansı sinfə aid 
olmasından asılıdır. Buna görə də layihə mühitini və layihənin 
idarə 
edilməsini 
təsvir 
etməzdən 
əvvəl 
layihələri 
təsnifləşdirmək lazımdır.
İlk növbədə layihələr təşkilatda törətdiyi dəyişikliklərin 
miqyasına görə təsnifləşdirilir. Bu əlamətə görə:
1.Biznes-proses əməliyyatlarının avtomatlaşdırılması 
layihələri; 
2.Biznes-prosesin təkmilləşdirilməsi layihələri; 
3.Biznes-prosesin reinjinirinqi layihələri; 
4.Biznesin restrukturlaşdırılması layihələri fərqləndirilir. 
Biznes-proses 
əməliyyatlarının 
avtomatlaşdırılması 
layihələri biznes-prosesini dəyişdirmir. Bu layihələr adətən 
ERP-sistemin bir və ya bir-neçə cədvəli ilə reallaşdırılır. 
Biznes-prosesin təkmilləşdirilməsi layihələri prosrsləri 
avtomatlaşdırmaqla yanaşı, yeni sənədlər, yeni qaydalar daxil 
etməklə prosesləri müəyyən qədər dəyişdirir. 
Biznes-prosesin reinjinirinqi layihələri biznes-prosesin 
aparılması üçün tamamilə yeni əməliyyatlar yığımı təklif edir. 
Bu layihələr adətən bir və ya bir-neçə korporativ informasiya 
sistemləri vasitlələri ilə, ilk növbədə isə ERP-sistemlərlə 
reallaşdırılır. Bu halda bir əməkdaş qat-qat çox informasiya 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 202 ____________________________ 
işləmək imkanı əldə edir ki, bu da rolların və səlahiyyətlərin 
yenidən paylanması ilə nəticələnir. 
Biznesin restrukturlaşdırılması layihələri təşkilatın biznes 
sferasını köklü surətdə dəyişdirir.
Bu təsnifatda biznes-prosesin reinjinirinqi xüsusi diqqət 
tələb edir. Çünki ilk iki layihə növü təşkilati baxımdan ciddi 
dəyişiklik törətmir, sonuncu isə çox nadir hallarda tətbiq edilir. 
Növbəti təsnifat layihənin istiqaməti üzrə aparılır. Bu 
əlamətə görə layihələr 2 qrupa bölünür: 
1.Biznes-layihələr; 
2.İnfrastruktur layihələri. 
Biznes-layihələr son sifarişçi üçün yeni informasiya 
texnologiyaları servisləri yaradır (Məsələn, korporativ İNSİ, 
sənəddövrüyyəsi, QQDS və s. tətbiqi). 
İnfrastruktur layihələri informasiya texlogiyalarının 
infrastrukturunu dəyişdirir (Məsələn, ITIL/ITSM infrastruktur 
layihəsidir). 
Biznes-prosesin reinjinirinqi, bir qayda olaraq, biznes-
layihədir. 

Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin