Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə130/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 204 ____________________________ 
olduğundan, bu mərhələlərin hər hansı birində layihədən 
imtina edilməsi arzu edilməzdir. Buna görə də layihə başlanğıc 
mərhələdə diqqətlə süzgəcdən keçirilməli, imtina ediləcəksə
bu mərhələdə edilməlidir. 
Üçüncüsü, başlanğıc mərhələdə 
layihədən imtina etmək olduqca çətindir. Çünki gələcək 
servislər, resurslara tələbat, layihə riskləri dəqiq məlum olmur. 
Bu qeyri-müəyyənlik erkən mərhələdə layihədən imtina 
edilməsi ehtimalını olduqca azaldır. 
Layihə mühiti prosesləri məhz bu ziddiyyətləri həll etmək 
üçündür.
Layihələrə nəzarət edilməsinin səmərəliliyi aşağıdakılarla 
bağlıdır: 

Layihənin qiymətləndirilməsindəki qeyri-müəyyənlik 
aradan qaldırıla bilən deyildir; 

Layihənin hər mərhələsində nəzarət etmək üçün bütün 
əlçatan informasiyadan istifadə edilməlidir; 

Əlavə informasiya daxil olduqca əldə edilmiş nəticələrə 
növbəti mərhələdə yenidən baxmaq lazımdır. 
Bəs unikal işlər ardıcıllığı olan layihə təkrarlanan işlər 
ardıcıllığı olan proses vasitəsilə necə idarə edilə bilər? Burada 
ziddiyyət yoxdurmu? Yoxdur. Çünki təşkilat nadir halda yalnız 
bir layihə icra edir. Qayda üzrə eyni zamanda bir-neçə layihə 
icra edilir. Nəticədə bütün layihələr üçün tipik olan məsələlərin 
həlli zəruri olur.
LAYİHƏ MÜHİTİ: BÜTÖVLÜKDƏ TƏŞKİLETMƏ 
PROSESİ 
Biznes-proseslərin reinjinirinqi layihəsi bütövlükdə 
təşkilat miqyasında bir və ya bir-neçə biznes-prosesin köklü 
surətdə dəyişdirilməsini nəzərdə tutur. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 205 ____________________________ 
Təşkilatda 
layihə mühitinin mərkəzi prosesi layihəyə 
nəzarət prosesidir. Bu proses çərçivəsində biznes nöqteyi-
nəzərindən 2 vacib məsələ həll edilir: 
1.Layihələrin seçilməsi; 
2.Bu layihələrin reallaşdırılmasının düzgünlüyünə nəzarət 
edilməsi. 
Birinci məsələ 3 yerə ayrılır: 
1.Layihəyə təşəbbüs; 
2.Layihənin qiymətləndirilməsi; 
3.Layihələrin 
prioritetləşdirilməsi, 
yəni 
üstünlük 
dərəcəsinə görə ardıcıl düzülməsi. 
Layihəyə nəzarət edilməsinin əsas problemi bu 
məsələlərin qeyri-müəyyənlik şəraitində həll edilməsidir. Çünki 
təklif edilən heç bir layihənin təşkilata nə verəcəyi 
qabaqcadan dəqiq məlum olmur. Bu iş bütün mərhələlərdə 
iterativ xarakterlidir. Yəni hər addımda dəqiqləşdirmələr 
edilməsi mümkündür. Bu isə həm resurs sərfini, həm də 
gözlənilən səmərənin səviyyəsini qeyri-müəyyən edir


Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin