Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə132/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 207 ____________________________ 
şəbəkə əməliyyat sistemindən, fərdi kompüterin 
əməliyyat sistemindən və s. istifadə edir. İnformasiya 
texnologiyaları servislərinin müşayiət edilməsi üzrə 
informasiya sistemləri xidmətinin gücü bu məsələdə 
əsas məhdudiyyət şərti kimi çıxış edir. Yeni biznes-
əlavələrin tətbiqi informasiya texnologiyaları resurslarını 
tükədə bilir. Buna görə də bir və ya bir-neçə biznes-
prosesin reinjinirinqi zamanı informasiya texnologiyalari 
infrastrukturu genişləndirilə və modernləşdirilə bilər. Bu 
işlər layihənin planında nəzərə alınmalıdır. 

Dəyişikliklərlə 
əlaqədar 
tam 
xərclərin 
qiymətləndirilməsi. İnformasiya texnologiyaları infra-
strukturunun modernləşdirilməsi, aparat və proqram 
vasitələrinin satın alınması və modernləşdirilməsi işləri 
xərc tələb edir. Bu xərclər layihənin büdcəsində nəzərə 
alınmalıdır. 

Dəyişikliklərlə əlaqədar risklərin qiymətləndirilməsi. 
Həm layihədə, həm də mövcud informasiya 
texnologiyalari servislərində aparılan dəyişikliklər mənfi 
nəticə də verə bilər. Məsələn, köhnə sistemə nisbətən 
təzə sistemlər bəzən daha dayanıqsız olur. Bu halda 
tələsik aparılan dəyişiklik lazımi testləşdirmədən 
keçirilmədiyinə görə bəzi servislərin əlçatanlıq səviyyəsi 
aşağı düşür. 

Dəyişikliklərin avtorizasiya
(
avtorizasiya, vəkiletmə, 
vəkalət vermə, ixtiyar vermə) edilməsində iştirak. 
Biznes-proseslərdə baş verən dəyişikliklərin nəticəsi 
kimi meydana çıxan informasiya texnologiyaları 
infrstrukturunda aparılan dəyişikliklər layihə reinjiniriqi 
miqyasında aparıldığından, dəyişikliklərin avtorizasiyası 
bütövlükdə layihə üzrə həyata keçirilir.



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin