Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə127/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 199 ____________________________ 
İNFORMASİYA TEXNOLOGİYALARININ 
İNKİŞAFI LAYİHƏLƏRİ VƏ 
TƏŞKİLATLARIN YENİDƏN QURULMASI 
 
İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAF 
LAYİHƏSİ ANLAYIŞI VƏ LAYİHƏLƏRİN NÖVLƏRİ 
 
Həm layihə, həm də proses (Biznes-proses nəzərdə 
tutulur) anlayışının təməlində işlər ardıcıllığı təsəvvürü 
dayanır. Layihə ilə proses arasında fərq ondadır ki, prosesdə 
işlər ardıcıllığı təkrarlanır, layihədə isə işlər ardıcıllığı unikaldır. 
Layihə unikal məhsulların və ya xidmətlərin yaradılması üçün 
nəzərdə tutulan müvəqqəti təşkilatdır. Məhsulların və ya 
xidmətlərin unikallığı layihənin icrası gedişində ardıcıl 
dəqiqləşdirmələri şərtləndirir. Məhsul və ya xidmətin unikallığı 
heç də o demək deyil ki, o, yoxdan (sıfırdan) yaradılır. 
Mövcud məhsul və ya xidmət də unikal ola bilir. Lakin bu 
unikallıq məhsulun və ya xidmətin layihələşdirilməsini nəzərdə 
tutur. Beləliklə, layihə ya mövcud olmayanın yaradılması, ya 
da mövcud olandan imtina edilməsi ilə bağlı işlərin unikal 
ardıcıllığıdır. 
Layihə çərçivəsində yaradılan məhsul və ya xidmət 
təşkilatın müştərilərinin istehlakı üçün (xarici məhsul və ya 
xidmət), yaxud təşkilatın öz bölmələrinin və ya əməkdaşlarının 
istehlakı üçün (daxili məhsul və ya xidmət) nəzərdə tutula 
bilər. Bu fikir qarşılıqlı əlaqəli məhsullar və ya xidmətlər 
sistemi üçün də doğrudur. Layihə çərçivəsində yaradılan 
məhsullar (xidmətlər) sisteminə layihənin 
məqsədi deyilir.


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 200 ____________________________ 
Əgər layihənin məqsədi informasiya texnologiyaları 
servisidirsə, bu halda söhbət informasiya texnologiyalarının 
inkişafı layihəsindən gedir. Məsələn, korporaiv informasiya 
sisteminin tətbiqi informasiya texnologiyalarının inkişaf 
layihəsi hesab edilir. Bir və ya bir-neçə proses üçün tətbiq 
edilən 
ITIL/ITSM layihəsi bu qəbildəndir. Mövcud proqram 
əlavələrinin yeni serverə köçürülməsi də informasiya 
texnologiyalarının inkişaf layihəsidir.
Beləliklə, layihənin məqsədi də unikaldır. Layihənin digər 
xüsusiyyəti başlanma və başaçatma tarixlərinin müəyyən 
olmasıdır. Başaçatma dedikdə, həm layihənin məqsədinə 
uğurla nail olunması, həm də müxtəlif səbəblərdən layihənin 
bağlanması nəzərdə tutulur. Layihədən fərqli olaraq prosesin 
başaçatması planlı tarixə malik olmur.
Layihə prosesdən fərqli olaraq xüsusi ayrılmış resurslara 
malik olur. Layihə resursu dedikdə, insanlar, büdcə, material 
resursları – binalar, informasiya texnologiyaları vasitələri
nəqliyyat, rabitə və s. nəzərdə tutulur. Resurslar müəssisə 
rəhbərliyinin müvafiq qərarlarına əsasən ayrılır. Bu qərarlar 
resursları “xüsusi ayrılmış” edir.
Bütün bu qeyd edilənlər layihənin ikili xarakterli 
olduğunu göstərir. Belə ki, layihə, bir tərəfdən, müəyyən 
məqsədli, müddətli və resurslu müvəqqəti təşkilatdır, digər 
tərəfdən isə məqsədi, müddəti və resursu təyin edən 
müəssisənin bir hissəsidir. Bu ikili xarakter layihənin təsvirini 
də ikili edir. Yəni layihə, bir onun reallaşmasına təsir edən 
mühit əhatəsində mövcud olan struktur kimi, bir də iqtisadi 
məzmunu olan proses kimi təsvir edilir. 
Layihənin icrasına təsir edən müəssisədaxili proseslər 
layihəyə nəzarət prosesləri adlanır. Layihənin daxili təşkili ilə 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin