MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 195 ____________________________
məhsuldarlığı, əlçatanlığı və etibarlılığı üzrə məsuliyyət biznes-
bölmənin üzərinə düşür. İnformasiya sistemləri xidməti
əməkdaşlarının biznes tələblərinin təhlili prosesində rolu
biznes sorğularının informasiya texnologiyaları servisi
parametrlərinin terminlərində şərh edilməsindən ibarətdir.
Xərclərin
proqnozu
və
qeyri-maliyyə
tələblərinin
qiymətləndirilməsi üzrə məsuliyyət informasiya sistemləri
xidmətinin üzərinə düşür. Burada isə konkret məsul şəxs
servisin səviyyəsinin idarə edilməsinə cavabdeh olandır. Bu
bölgü servisin səviyyəsi barədə razılaşmada da qeyd edilir.
Servisin istismara qəbulu başa çatdıqda servisin
parametrləri və müşyiətetmə üçün lazımi resursları SSBR-də
qeyd edilir. Servisin maliyyə nəticələri üzərində nəzarət bu
məqamdan başlanır. Əgər servisin parametrlərinə əməl
olunursa və xərclər planlaşdırılan səviyyədədirsə, faktiki
maliyyə nəticələrinin plana uyğunluğuna biznes-bölmə
cavabdehdir. Servis parametrlərinin servisin səviyyəsi barədə
razılaşmadan kənara çıxmasına isə informasiya sistemləri
xidməti məsuliyyət daşıyır.
İNFORMASİYA TEXNOLOGİYALARI SERVİSİNƏ
SAHİBOLMANIN İCMAL DƏYƏRİ VƏ ONUN
HESABLANMASI METODİKASI
Artıq qeyd edildiyi kimi, informasiya texnologiyaları
servisinin parametrləri sahibolmanın icmal dəyəri kəmiyyətinə
birbaşa təsir edir.
Servisə xidmət vaxtının razılaşdırılması,
digər şərtlər dəyişmədikdə, servisin müşayiət edilməsi ilə
məşğul olan informasiya sistemləri xidməti əməkdaşlarının
sayını və müvafiq əmək haqqı məbləğını təyin edir.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 196 ____________________________
Servisin əlçatanlığı həmçinin müşayiətetmə xidməti
mütəxəssislərinin sayına da təsir edir. Bundan əlavə,
əlçatanlıq və bununla əlaqəli olan etibarlılıq tətbiq edilən
avadanlıqların və proqram təminatının mürəkkəbliyinə təsir
göstərir. Servisin əlçatanlığına yüksək tələblər irəli sürüldükdə,
bir qayda olaraq,
imtinayadavamlılıq qərarları qəbul edilir. Bu
halda avadanlıqların əsas komponentlərinin təkrarlanması
(ehtiyatlandırılması) həyata keçirilməli və yükün ehtiyat
avadanlığa keçirilməsinə imkan verən proqram təminatı
olmalıdır. Bu qərarlar isə həm tətbiq, həm də istismar
mərhələsində əlavə xərc tələb edir.
Servisin məhsuldarlığı tətbiq edilən avadanlığın və
proqram təminatının mürəkkəbliyinə və dəyərinə təsir edir.
Servisin miqyası tətbiq edilən avadanlığın və proqram
təminatının mürəkkəbliyinə və servisin müşayiət edilməsi
işlərinin həcminə birbaşa təsir edir.
Servisin məzmunu daha çox servisin əlçatanlığına,
səviyyəsinə və məhsuldarlığına biznesin tələblərini müəyyən
edir.
Beləliklə, servisin bütün parametrləri informasiya
sistemlərinin xərclərinə birbaşa və dolayı təsir edir. Buna görə
də müəssisənin informasiya sistemləri infrastrukturuna
sahibolmanın icmal dəyəri informasiya texnologiyaları
servislərinin tərkibindən və onların parametrlərindən birbaşa
asılıdır.
İnformasiya
texnologiyaları
servislərinin
tətbiqi
prioritetlərinin seçilməsində informasiya sistemlərinin istifadə
edilməsindən əldə edilən gəlir çox mühüm rol oynayır. Gəlir
də, xərc kimi, informasiya texnologiyaları servislərinin
tərkibindən və parametrlərindən birbaşa asılıdır. İnformasiya
sistemlərindən istifadənin iqtisadi səmərəliliyinin, başqa sözlə,
|