Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİ FUNKSİYALARI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə98/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİ FUNKSİYALARI 
VƏ İNFORMASİYA TEXNOLOGİYALARI SERVİSİ 
PARAMETRLƏRİ 
 
Bu vaxta qədər informasiya sistemləri xidməti 
funksiyalarına tərkibi və təşkili oxşar olan işlər qrupu kimi 
baxılmışdır. Halbuki bu işlər, yəni informasiya sistemləri 
xidməti funksiyaları özlüyündə qiymətli deyil, sadəcə son 
məhsulun – informasiya texnologiyaları servislərinin 
yaradılmasına verdiyi töhvə qədər qiymətlidir. Bu töhvəni 
anlamaq üçün informasiya texnologiyaları servisi parametrləri 
ilə bu parametrləri təmin edən informasiya texnologiyaları 
funksiyalarını müqayisə etmək lazımdır.
Servisin məzmunu və ya funksionallığı informasiya 
sistemləri xidməti funksiyalarının daha çoxuna toxunur. 
Planlaşdırılma mərhələsində servisin funksionallığı informasiya 
texnologiyaları 
servisinin 
planlaşdırılması 
çərçivəsində 
müəyyənləşdirilir. Servisin funksionallığı paralel olaraq 
strategiya ilə, standartlar və planlarla razılaşdırılır.
Razılaşdırılmış xidmət vaxtı informasiya texnologiyaları 
servisinə sifarişçi tələblərinin razılaşdırılması gedişində 
müəyyən edilir. Servisin məhsuldarlığı da buna oxşar qaydada 
müəyyən edilir. 
Servisin məxviliyi də, onun məzmunu kimi, çoxsaylı 
funksiyalarla 
təmin 
edilir. 
Servisin 
planlaşdırılması 
mərhələsndə məxvilik tələbləri ayrı-ayrı informasiya 
texnologiyaları 
servisləri 
üzrə 
təhlükəsizlik 
siyasəti 
çərçivəsində müəyyən edilir. 
Servisin miqyası informasiya texnologiyaları servisinin 
planlaşdırılması funksiyası çərçivəsində müəyyən edilir. 
Servisin qiyməti də planlaşdırma mərhələsində təyin edilir. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 156 ____________________________ 
Beləliklə, informasiya sistemlərinin xidməti funksiyaları ilə 
informasiya texnologiyaları parametrləri arasında birbaşa və 
birqiymətli uyğunluq yoxdur. İnformasiya texnologiyaları 
servisinin keyfiyyəti bir-neçə informasiya texnologiyaları 
funksiyası ilə təmin edilir. Həmçinin, eyni informasiya 
texnologiyaları funksiyası bir-neçə informasiya texnologiyaları 
servisinin təminedicisi ola bilir. İşin bu tərəfi idarəetmə 
prosesində bir-sıra problemlər yaradır: 

Servisin 
keyfiyyəti 
müxtəlif 
funksiyaların 
əlaqələndirilməsini tələb edir. Bu işi çox zaman yuxarı 
təşkilat yerinə-yetirir. Bunun nəticəsində yuxarı səviyyə 
rəhbəri həddən artıq işlə yüklənir ki, bunun da 
nəticəsində ya qərar gecikir, ya da qərarın keyfiyyəti 
lazımi səviyyədə olmur. 

İdarəetmə məsuliiyətli işdir, çünki servisin parametrləri 
servisin keyfiyyətini təyin edir. Buna görə də həmin 
parametrlərə cavabdehlik məsuliyyətli şəxsə tapşı-
rılmalıdır. 

“Kontakt nöqtəsi”, yəni funksiyaların əlaqələndirilməsini 
reallaşdıran idarəedici subyektin bütün işlərin 
öhdəsindən gələ bilməsi problemi vardır. 
Beləliklə, fəaliyyətin funksional təşkili informasiya 
sistemləri xidmətinin cari fəaliyyətini təmin etsə də, bütün 
problemləri həll etmir. Çünki bu halda “kontakt nöqtəsi” 
problemi həlledilməz olur. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin