MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 154 ____________________________
sərbəst fəaliyyət göstərir. Buna görə də həm şirkətin özü,
həm də onun informasiya sistemləri xidməti divizyon
strukturlu olur.
Bu strukturda da mərkəzi xidmətlər: arxitektura və
standartlar, korporativ informasiya sistemləri, layihələr,
strategiya və maliyyədən ibarətdir. Burada yeni olan
korporativ informasiya sistemləri xidmətidir. Bu şöbə
informasiya texnologiyaları infrastrukturunun 2 elementinin
(1) verilənlərin emalının korporativ mərkəzi (bu, sadə
strukturlarda yaradılmaya da bilər) və 2) regional ofisləri
əlaqələndirən rabitə kanalları) fəaliyyətinə cavabdehlik daşıyır.
İnformasiya texnologiyaları infrastrukturunun bu iki elementi
verilənlər səviyyəsində korporativ şəbəkənin bütövlüyünü
təmin edir. Divizyon strukturda yuxarıdan 2-ci səviyyədə
duran regional departamentlər geniş struktur sxeminə malik
olur (Lakin bu, regional səviyyədə yerləşən informasiya
sistemləri departamentlərin mürəkkəblik dərəcəsindən asılı
olaraq həm müstəvi, həm də divizyon strukturlu ola bilər).
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİ PROSESLƏRİ, FUNKSIONAL YANAŞMANIN MƏHDUDLUQLARI VƏ ONLARIN ARADAN QALDIRILMASI YOLLARI İdarəetmənin funksional modeli və buna əsaslanan
informasiya sistemləri xidmətinin təşkilati strukturu bu sahədə
idarəetmə üçün uzun müddət əsas və yeganə yanaşma kimi
qəbul edilmişdir. Lakin zaman keçdikcə funksional yanaşmanın
informasiya
sistemləri
xidmətinin
idarə
edilməsinin
səmərəliliyini aşağı salan bir-sıra məhdudluqları aşkar edildi.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 155 ____________________________