MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 165 ____________________________
XİDMƏTLƏRİN TƏQDİM EDİLMƏSİ
PROSESLƏRİ BLOKU
Servis xidmətinin
səviyyəsinin idarə edilməsi
prosesi (SLM- Service Level Management)
servis parametr-
lərinin servislər portfelində təsdiq
edilmiş çərçivədə təyin
edilməsini, razılaşdırılmasını və nəzarət edilməsini əhatə edir.
İnformasiya sistemləri xidməti
menecmenti ilə biznes-
istifadəçilər arasında servisin səviyyəsinə dair razılaşmalar
servislər kataloqu əsasında sənədləşdirilir.
Servis xidmətinin səviyyəsinin
idarə edilməsi prosesi
aşağıdakı funksiyaları yerinə-yetirir:
•
İnformasiya texnologiyalari
servisinə istifadəçilərin
tələblərini (
SLR - Service Level Request) qiymətləndirir,
onları mövcud servislər üzrə paylayır və ixtisaslaşdırılmış
(xüsusi) servislərə tələbləri müəyyən edir;
•
Servisin səviyyəsi barədə razılaşmanı (SLA-
Service Level
Agreement) sənədləşdirir;
•
Servislər
portfelinin
nəticəliliyi
üzərində
(həm
bütövlükdə, həm də ayrı-ayrı servislər səviyyəsində)
nəzarət təşkil edir;
•
Servislərin prioritetini (nüfuzluluğunu, üstünlüyünü)
təyin edir;
•
Servislərin səviyyə versiyalarını idarə edir;
•
Servisin keyfiyyətinin yüksəldilməsi planını (
SIP- Service
Improvement Plans) hazırlayır ki, bu da mövcud olan və
yeni daxil edilən servislərə şamil edilir;
•
İnformasiya
sistemləri xidmətinin,
daxili dəstəklənmə
səviyyəsi barədə razılaşmaya
və informasiya sistemləri
xidmətinin malgöndərənlərlə avadanlıqlara,
proqram
təminatına
və
xidmətlərə
dair
subordinasiya