MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 169 ____________________________
•
İnsidentlərin statistikasının təhlili;
•
Problemlərin qeydiyyata alınması,
köklü səbəblərin
aşkarlanması və ləğvinin izlənilməsi;
•
Məlum səhvlərin tapılması və nəzarətə götürülməsi;
•
Problemin həlli və bağlanması;
•
Problemlərin və məlum səhvlərin idarə edilməsi
sisteminin qurulması;
•
Texniki dəstək və standartlar arasında qarşılıqlı fəaliyyət
barədə razılaşma imzalanması
və standartlara nəzarət
edilməsi;
•
Prosesin daim yaxşılaşdırlıması.
Dəyişikliklərin
idarə
edilməsi
(Change
Management) təşkilatın informasiya sistemləri mühitindəki
bütün mühüm dəyişiklikləri qeydiyyata alır,
dəyişiklik
edilməsinə icazə verir, dəyişikliklər
üzrə işlərin qrafikini
hazırlayır, resursların qrşılıqlı fəaliyyətini təşkil edir və mümkün
riskləri qiymətləndirir.
Bu
prosesin
əsas
vəzifəsi
əsaslandırılmamış,
düşünülməmiş, potensial surətdə riskli dəyişikliklərin qarşısını
almaqdan ibarətdir.
Dəyişikliklərin idarə edilməsi prosesi aşağıdakı funksiyaları
yerinə-yetirir:
•
Dəyişikliyə sorğunun işlənməsi;
•
Dəyişikliyin nəticələrinin qiymətləndirilməsi;
•
Dəyişikliyin təsdiq edilməsi;
•
İmtina zamanı bərpa da daxil olmaqla,
dəyişikliklərin
aparılması qrafikinin tərtibi;
•
Dəyişikliyə sorğunun emalı prosedurunun təyin edilməsi;
•
Dəyişikliyin kateqoriyasının və prioritetinin təyin
edilməsi;
•
Dəyişikliklər layihəsinin idarə edilməsi;