Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə110/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 172 ____________________________ 
proqramlar saxlanan kitabxanadır (fiziki saxlanc yeridir)) ayrıca 
yazılar şəklində saxlanır.
Relizlərin 
idarə 
edilməsi 
prosesinin 
funksiyaları 
aşağıdakılardan ibarətdir: 

Relizin planlaşdırılması; 

Relizin 
layihələşdirilməsi, 
işlənib 
hazırlanması, 
testləşdirilməsi və konfiqurasiyası; 

Relizin imzalanması və icraya başlanılması; 

Relizin hazırlanması və istifadəçilərin öyrədilməsi; 

Dəyişikliklərin tətbiqindən əvvəl və sonra avadanlığın və 
proqram təminatının auditi; 

Proqram təminatının etalon nüsxələrinin etalon proqram 
təminatı kitabxanasında yerləşdirilməsi; 

Yeni və ya təkmilləşdirilmiş avadanlıqların və proqram 
təminatının qurulması; 

Prosesin daim yaxşılaşdırılması. 
TƏŞKİLATIN ÖLÇÜSÜ VƏ ITIL/ITSM MODELİNİN 
TƏTBİQ OLUNANLIĞI 
 
ITIL/ITSM modelinin mürəkkəbliyi və yüksək dərəcədə 
formallaşdırılmış olması elə görünə bilər ki, qərar qəbulunu 
bürokratikləşdirər və buna görə də onu yalnız iri müəssisələrdə 
tətbiq etmək məqsədəuyğun olar. Lakin bu qətiyyən belə 
deyildir. Artıq qeyd etdiyimiz kimi,
ITIL/ITSM-də qəbul edilmiş 
rollu yanaşma bir işçiyə bir-neçə rolda çıxış etmək imkanı verir. 
Buna görə də 
ITIL/ITSM modelini hətta yalnız bir işçisi olan 
informasiya sisitemləri xidməti də istifadə edə bilər. 
1-5 nəfərlik (İnformasiya sistemləri xidmətindəki işçilərin 
sayı dedikdə, autsorsinq və xarici məsləhətçilər də daxil 
olmaqla informasiya texnologiyalari infrastrukturuna xidmət 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 173 ____________________________ 
göstərən cəmi işçi heyəti nəzərdə tutulur) tipik 
kişik 
informasiya sistemləri xidmətində 
ITIL/ITSM ikili rol oynayır: 
bir tərəfdən, informasiya sistemləri xidmətinin idarə edilməsinə 
informasiya texnologiyalari servislərinin idarə edilməsi kimi 
yanaşmanın ardıcıl tətbiqini təmin edir, digər tərəfdən isə, 
informasiya sistemləri xidməti məsələlərini və bunlara 
cavabdeh əməkdaşları qeydiyyata alır. İşçilərinin sayından asılı 
olmayaraq, informasiya sistemləri xidməti servislər təqdim 
etmək, servisləri müşayiət etmək, əsas biznesə inteqrasiya 
olunmaq, proqram əlavələrini idarə etmək və informasiya 
texnologiyalari infrastrukturunu idarəetmək məsələlərini həll 
etməlidir. Bu halda azsaylı işçilərin çoxsaylı rollarda çıxış etməsi 
sayəsində minimal formalaşdırılmış proseslər şəraitində 
idarəetməyə xidmət məsələlərinin həlli mümkün olur. Bu 
variantda informasiya sistemləri xidmətinin proqram təminatı 
standart ofis paketlərindən ibarət olur. 
Növbəti səviyyə formallaşdırılmış proseslər səviyyəsidir ki, 
bu səviyyədəki tipik informasiya sistemləri xidməti 10-30 
nəfərlik olur. Bu halda informasiya sistemləri xidmətində əsas 
rolların ifasını yazılı qeydiyyata alan və tənzimləyən daxili 
siyasət meydana gəlir. Bu səviyyədə istifadə edilən 
ITIL/ITSM 
modelində servisin səviyyəsi barədə formal müqavilə mövcud 
olur. Bu səviyyənin proqram təminatı işçi stansiyanın idarə 
edilməsini təmin edən ixtisaslaşdırılmış proqram təminatıdır.
Nəhayət, yüksək səviyyə - avtomatlaşdırılmış biznes-
proseslər səviyyəsidir ki, bu səviyyədəki tipik informasiya 
sistemləri xidməti 30 nəfərdən çox işçi ilə təmsil olunur. Bu 
səviyyədəki informasiya sistemləri xidmətinin fəaliyyəti 
korporativ şəbəkənin təhlilini, müştəri işçi yerlərindəki 
avadanlıqlar və proqram təminatı və bu təminatın idarə 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin