Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə113/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 178 ____________________________ 
sertifikatlı mütəxəssislərin sayı, informasiya sistemləri 
xidmətlərində avtomatlaşdırılmış proseslərin xüsusi 
çəkisi və s. aiddir. 
İnformasiya 
sistemləri 
xidmətinin 
nəticəliliyini 
qiymətləndirən bütün bu göstəricilər qarşılıqlı əlaqəli olmaqla, 
vahid tarazlaşdırılmış göstəricilər sistemi əmələ gətirir. Bu isə 
o deməkdir ki, bütün bu göstəricilər müəyyən məqsədlə 
bağlıdır. Məqsədsiz göstərici mənasızdır. Təşkilatın məqsədi 
bu və ya digər göstərici sahəsini ön plana keçirməkdir. Əgər 
təşkilat bölmələrinin sayını artırmaqla böyüməyi qarşısına 
məqsəd qoymuşdursa, bölmələri əlaqələndirən informasiya 
sistemləri birinçi dərəcəli əhəmiyyət daşıyır. Bu halda öyrənmə 
və innovasiyalar ön plana keçir. Əgər artımın xidmətlərin 
artırılması ilə əldə edilməsi məqsədi önə çəkilirsə, onda satış 
göstəriciləri daha vacib olur. Əgər təşkilat xərcləri 
minimumlaşdırmaq məqsədini güdürsə, onda maliyyə 
göstəriciləri daha vacib mövqe qazanır. Əgər müəssisə 
məhsuldarlığın artırılmasını daha vacib sayırsa, onda daxili 
proses göstəricilərinə diqqət artırılır. 
 
 
 
 
 
 
 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 179 ____________________________ 
İNFORMASİYA SİSTREMLƏRİNİN 
FƏALİYYƏTİ VƏ İNKİŞAF ETDİRİLMƏSİ 
XƏRCLƏRİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ 
 
İNFORMASİYA SİSTEMLƏRİNƏ ÇƏKİLƏN XƏRCLƏRİ 
NECƏ HESABLAMALI? 
İnformasiya 
sistemləri 
xərclərinin 
uçotu 
və 
xərciçıxartmanın qiymətləndirilməsi köhnə problemdir. Hətta 
informasiya sistemlərinin idarə edilməsinin təşkilat (müəssisə) 
üçün elə bir əhəmiyyət daşımadığı dövrlərdə də 
xərciçıxartmanın qiymətləndirilməsi zəruri idi və geniş tətbiq 
edilirdi. Həmin dövrdə informasiya sistemləri layihələri 
aşağıdakılarla xarakterizə olunurdu: 

Xərclərin irihəcmli olması. Bu, çox baha böyük 
hesablayıcı 
maşınların 
(Geniş 
tətbiq 
edilən 
maynfreymlərin lizinqi investisiya xərclərini cari xərclərə 
çevirirdi ki, bu da maliyyə risklərini azaltmağa imkan 
verirdi. Bu halda xərclərin məbləği bank faizi səviyyəsinə 
qalxırdı) istismarı ilə bağlı idi;

Layihələrin azsaylı olması. Bu, zəruri hallarda 
qiymətləndirmə üçün lazım olan verilənlərin yığılmasının 
ixtisaslaşdırılmış sistemini yaratmağa imkan verirdi; 

İnformasiya sistemləri vasitələri ilə həll edilən 
məsələlərin məhdud saylı olması. Bu, göstəricilərin 
sayını və qiymətləndirmə metodikasının ixtisar 
edilməsinə səbəb olurdu; 

İ
stehlakçılar üçün informasiya sistemlərinin müşayiət 
edilməsinin maya dəyərinin kalkulyasiyasının aparılması 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin