MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 177 ____________________________
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİNİN
NƏTİCƏLİLIİYİNİN ÖLÇÜLMƏSİ
İnformasiya sistemləri xidməti
fəaliyyətinin nəticələrinin
ölçülməsi
nəticəliliyin açar göstəriciləri (NAG) sisteminə
əsaslanır. Nəticəliliyin açar göstəriciləri sistemi 4
sahənin
göstəricilərini əhatə edir:
•
M
aliyyə göstəriciləri – səhmdarlar (aksionerlər) bizə
necə baxırlar? Bu göstəricilər informasiya sistemlərinin
biznesə tətbiqi nəticələrini
informasiya xidmətinin
büdcəsi ilə müqayisə edir. Buraya: İnformasiya
texnologiyaları servislərinin maya dəyəri,
informasiya
sistemlərindən istifadənin icmal maliyyə nəticələri
(İNTEX servislərinin tətbiqindən
gələn gəlir minus
servislərin maya dəyəri) və s. göstəricilər aiddir.
•
S
atış göstəriciləri – müştərilər (istifadəçilər) bizə necə
baxırlar? Bu göstəricilərə:
istifadəçilərin məmnunluğu,
servislərin öz vaxtında təqdim edilməsi,
servislərin
istehlak qiymətliliyi aiddir.
•
İnformasiya sistemləri xidmətinin daxili prosesləri –
xidmətin özü özünə necə baxır? Bu göstəricilər işlərin
və informasiya sistemləri
xidməti proseslərinin
keyfiyyətini qiymətləndirir. Məsələn, uğurlu layihələrin
xüsusi çəkisi (ədədlə miqdarı və büdcə həcmi),
informasiya sistemləri xidmətinin
əsas proseslərinin
kamillik dərəcəsi və s. bu qəbildəndir.
•
Ö
yrətmə və innovasiyalar – gələcəkdə dəyəri necə
yaradacaq və artıracağıq?
Bu göstəricilər informasiya
sistemləri xidməti əməkdaşlarının biliyini və informasiya
sistemlərinin texniki səviyyəsini qiymətləndirir. Buraya: