MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 167 ____________________________
Əlçatanlığın idarə edilməsi prosesi (Availability Management) biznes tələblərinə cavab verən informasiya
texnologiyalari servislərinin əlçatanılığının dayanıqlı səviyyəsini
və iqtisadi cəhətdən səmərəliliyini təmin edir. Sifarişçinin
gözündə informasiya texnologiyalari servisinin əlçatanlığı
informasiya sistemləri xidmətinin sifətidir.
Bu prosesin əsas vəzifəsi əlçatanlığa biznes tələblərini
müəyyən
etməkdən
və
informasiya texnologiyalari
infrastrukturunda həmin tələblərin gerçəkləşdirilməsindən və
müşayiət edilməsinin təşkilindən ibarətdir.
İnformasiya texnologiyalari servisinin təqdim
edilməsinin kəsilməzliyinin idarə edilməsi prosesi (IT
Service Continuity Management) təqdim edilən servislərin
dyanıqlılığına qarşı qoyulan tələblərin ödənilməsini təmin edir.
Dayanıqlılıq dedikdə, yanğın, subasma (daşqın), terakt və s.
zamanı servislərin işçi vəziyyətdə saxlanması başa düşülür.
Bu prosesin əsas vəzifəsi informasiya texnologiyalari
infrastrukturu üçün riskləri qiymətləndirməkdən və həmin
riskləri minimumlaşdırmaqdan ibarətdir.
Təhlükəsizliyin idarə edilməsi prosesi (Security
Managemeny) təhlükəsizlik infrastrukturunun tətbiqini,
nəzarətə götürülməsini və texniki dəstəklənməsini, həmçinin
mövcud olan, işlənib hazırlanan və planlaşdırılan servislər üçün
təhlükəsizlik standartlarının hazırlanmasını və riayət edilməsinə
nəzarət edilməsini təmin edir.
Bu prosesin əsas vəzifəsi informasiya texnologiyalari
servislərinin
təhlükəsizliyinin
planlaşdırılmasından
və
monitorinqinin aparılmasından ibarətdir.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 168 ____________________________