Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə120/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 188 ____________________________ 
SAHIBOLMANIN İCMAL DƏYƏRİ (SİD-CCB) ADLI 
XƏRCİN AŞKARA ÇIXARILMASI
Yuxarıda qeyd edilənlər göstərir ki, gözəgörünməz və 
nəzarət edilməyən xərclər təşkilatın (müəssisənin) informasiya 
sistemlərinə çəkdiyi xərclərin 70%-ni təşkil edir. Bəs bu xərcin 
30 faizi nələrdən ibarətdir? 
Tədqiqatlar göstərmişdir ki, ümumi xərcin 16%-i 
boşdayanmalara, 32%-i müşayiətetməyə, 12%-i inzibatçılığa, 
9%-i modernləşdirməyə, 1%-i ixtisasartırmaya, 20%-i 
avadanlığa, 9%-i proqram təminatına və 1%-i öyrətməyə sərf 
olunur (şəkil 26-ya nəzər sal).
Şəkil 26. İnformasiya sistemlərinə çəkilən xərclərin xüsusi 
çəkiləri 
Xərclərin bu cür paylanmasının nələrə səbəb olduğunu 
aydınlaşdırmağa çalışaq. Həm gözəgörünməz, həm də nəzarət 
edilməyən xərclərdə səbəblə nəticə bir-birindən ayrılmış 
vəziyyətdədir. Buna görə də informasiya sistemləri xidmətinin 
Boşdayanma
Müşayiət
İnzibatçılıq
Modernləşdirmə
İxtisasartırma
Avadanlıq
Proqram təminatı
Öyrətmə


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 189 ____________________________ 
rəhbərliyi bilmir ki, qəbul edilən qərarların qiyməti təşkilat 
üçün nədən ibarətdir. 
Bu xərclərin daha bir sirri də ondan ibarətdir ki, ilkin 
xərclər aydın, istismar xərcləri gizli olduğundan, müəssisə ilkin 
xərcin minimumuna həvəslənib istismar xərclərinin içində itib-
batacağının fərqinə vara bilmir. 
Beləliklə, təşkilatın idarəetmə uçotunun ənənəvi modeli 
informasiya sistemlərinə çəkilən xərclərin yalnız əyani 
hissəsini uçota alır. Bu isə, deyildiyi kimi, iqtisadi tələdir. 
Bu problemin həlli üçün sahibolmanın icmal dəyəri (SİD-
CCB) modeli işlənib hazırlanmışdır. Bu modelin köməyi ilə 
müəssisənin xərcləri rəqiblərin xərcləri ilə müqayisə edilir və 
xərclərin azaldılması üçün tədbirlər görülür. Müxtəlif 
istehsalçıların hazırladığı proqram təminatlarının SİD-CCB 
kriteriləri üzrə müqayisəsi maraqlı məqamları aşkarlamışdır. 
Sahibolmanın icmal dəyəri modeli həmçinin, müşayiətedici 
xidmət resurslarının kafiliyinə qiymət vermək üçün istifadə 
edilir. 
Resursların kafiliyi bir tərəfdən, müşayiətə və 
inzibatçılığa 
çəkilən 
xəclərin, 
digər 
tərəfdən 
də, 
boşdayanmalara görə ödəmələrlə bağlı itkilərin müqayisəsi 
yolu ilə qiymətləndirilir. Müşayiətedici xidmət resursu kafi 
deyilsə, müşayiət xərcləri az, boşdayanma itkiləri çox 
olacaqdır.
Sahibolmanın icmal dəyəri modelinin sonrakı inkişafı 
faktorlu sahibolmanın icmal dəyəri modelinin yaranması ilə 
nəticələnmişdir. Bu model aşağıdakı verilənlər əsasında 
qurulur: 

Təşkilatın (müəssisənin) ölçüsü, sahəvi aidiyyəti və 
coğrafi yerləşməsi; 

Təşkilatda işçi yerlərinin sayı və quruluşu; 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin