MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI ___________________________ 210 ____________________________
riski aradan qalxır və bu və ya digər strukturun seçilməsinin
əsaslandırılması asanlaşır.
4.Layihə
sənədləri
şablonları.
Şablon
sənədin
məzmununa qoyulan tələbləri və onun razılaşdırılması və
təsdiqi mexanizmlərini əks etdirir.
5.Aparat vasitələrinə texniki tələblərin hesablanması
metodikası. Bu, verilmiş serverlər sinfi üçün prosessorun
lazımi sürətini (cəldişləməsini), operativ yaddaşın həcmini,
disk məkanını və s. hesablamağa imkan verir.
Standart tətbiq metodikası, bir qayda olaraq, proqram
təminatının işlənib hazırlanmasının ardıcıl pilləli – kaskadlı
(şəlalə, enerji mənbələri) və spiralvari modellərin birgə istifadə
edilməsini nəzərdə tutur. Layihənin ilk mərhələləri daha çox
kaskadlı modellə reallaşdırılır. Kaskadlı model konseptual
layihənin (Konseptual layihə bəzən texniki layihə də adlanır)
dayanıqlılığını təmin edir. Quraşdırma mərhələsi daha çox
spiralvari texnologiya ilə davam etdirilir.
SƏRRAST MARKETİNQ-MENECMENTƏ ƏSASLA- NAN “MÜŞTƏRİYÖNÜMLÜ” SİSTEMDƏ MARKETİNQ İNFORMASİYASININ ÇOXÖLÇÜLÜ TƏSVİRİNİN METODİKİ ƏSASLARI Şirkətlərin
strateji
məqsədləri
adətən
mövcud
seqmentlərdə
mövqeyin
qorunmasına
və
möhkəmləndirilməsinə, həmçinin məhsul yeridilişi üçün yeni
seqment axtarışına yönəldilir.
Bazarın
idarə
edilməsi
prosesinin
təşkilində
seqmentləşdirmə əsas problem kimi qarşıya çıxır. İş
burasındadır ki, bir qayda olaraq, istənilən şirkət, resurs
məhdudiyyəti üzündən, bütün bazara deyil, yalnız onun bir