Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə25/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

transaksiya sistemləri ilə yanaşı, həm də tranzaksiya 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 40 ____________________________ 
sistemləri də mövcuddur. Bu ad oxşarlığı dolaşıqlıq 
yaratmamalıdır. Çünki transaksiya təsərrüfat fəaliyyətinin 
elementar aktıdır. Məsələn, hesabdan çıxarış verilməsi bir 
transaksiyadır. Sifarişin emalı başqa transaksiyadır və s. 
Tranzaksiya 
isə 
verilənlər 
bazasında 
verilənlərin 
manipulyasiyası əməliyyatlarıdır ki, bunların da nəticəsində 
verilənlər bazası bir bütövlük vəziyyətindən digər bütövlük 
vəziyyətinə keçir. Yəni transaksiya xalis iqtisadi termindir. 
Tranzaksiya isə verilənlərin saxlanması və onlara müraciətin 
təşkili ilə bağlı olan texnoloji termindir.
Beləliklə, 
transaksiya sistemləri baş verən təsərrüfat 
əməliyyatları ilə əlaqədar olan verilənlərin daxil edilməsi, 
emalı və təqdim edilməsi işlərini həyata keçirir. Yəni faktiki 
olaraq təsərrüfat fəaliyyətini sənədləşdirir. 
Tranzaksiya sistemləri isə çoxsaylı istifadəçilərin 
sorğularının paralel işlənməsi imkanını reallaşdırır. Bu 
sistemlər hətta eyni verilənə çoxsaylı paralel müraciət mövcud 
olan hallarda da paralel işlənməni həyata keçirə bilir. 
Taktiki səviyyədə, biliklərin emalı sahəsində 2 tip sistem 
işləyir: bilik emalı sistemləri (BES, ingiliscə, 
KMS- Knowledge 
Management System) və ofisin avtomatlaşdırılması sistemləri 
(OAS-
Office Automation Systems). 
Bilik emalı sistemləri (BES) – təşkilatda yeni biliklərin 
yaradılmasına (yeni məhsulların dizaynı, sənəd dövrüyyəsinin 
avtomatlaşdırılması, şirkətin İnternetdə təqdim edilməsi və s) 
və inteqrasiyasına kömək edən informasiya sistemləridir.
Ofisin 
avtomatlaşdırılması 
sistemləri 
(OAS) 
isə 
menecerlərin əmək məhsuldarlığını yüksəldən kompüter 
sistemləridir. Məsələn, 
Microsoft Office belə sistemdir. Ofisin 
avtomatlaşdırılması sistemləri həm də sənəd dövüyyəsini 
dəstəkləyən avtomatlaşdırılmış sistemləri də əhatə edə bilər. 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin