Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə27/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 42 ____________________________ 
rəhbərə uyuşan, onun səviyyəsinə köklənə biləndir. Bunlar 
bəzən kokpit (
Cockpit – ingiliscə, pilot kabinəsi) - sistemlər də 
adlandırılır. Rəhbərliyi dəstəkləyən sistemlər üçün tipik sistem 
nümunəsi yoxdur. Çünki bu sistem şirkətdə qərarların 
hazırlanması və qəbulu üslubundan (stilindən) əhəmiyyətli 
dərəcədə asılıdır. Sirr deyil ki, yüksək səviyyə rəhbərləri 
kompüterləşdirilmiş informasiya sistemlərindən istifadə səviy-
yəsinə görə bir-birindən kəskin fərqlənirlər. Bu rəhbərlərin 
bəziləri iş gününü İnternet xəbərləri ilə başlamadan keçinə 
bilmədiyi halda, bəziləri, ümumiyyətlə kompüterdə işləməyi 
qətiyyən sevmirlər. 
Əvvəla, rəhbərliyi dəstəkləyən sistemlər şirkətdə qəbul 
edilmiş reqlamentə uyğun və ya yaranmış ənənəyə müvafiq 
qaydada qərar hazırlanması və qəbulunu təmin edən 
bloklardan təşkil edilir. Bu ənənə gündəlik səhər dinləmələri 
(informasiyası), operativ iclaslar üçün və ya xüsusi komitələrin 
və direktorlar şurasının iclasları üçün informasiya verilməsi və 
s. şəklində ola bilir. İri şirkətlərdə və ya xoldinqlərdə rəhbərliyi 
dəstəkləyən sistemlərin bu istiqamətdəki işi: qəzalar, bədbəxt 
hadisələr, hava proqnozları, xammal və hazır məhsul 
anbarlarının vəziyyəti, hazır məhsul və xammalın qiymətləri
kreditor və debitor borcları, hazır məhsulun yüklənib 
göndərilməsi, göndərilmiş məhsula görə ödənişlər, bazar 
proqnozları, səhmlərin qiymətinin təyin edilməsi (kotirovkası), 
valyuta kursları və s. barədə informasiya hazırlayıb təqdim 
etməkdən ibarətdir.
Bu tip informasiya rəhbərin kompüterinin baş səhifəsi 
olaraq displey ekranına ilk çıxan məlumatlardır. Bu 
informasiyanı rəhbərliyi dəstəkləyən sistemlər şirkətin aşağı 
idarəetmə səviyyələrindən, əsasən menecer və qərar 
qəbulunu dəstəkləyən sistemlərində, həmçinin İnternet 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin