MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 7 ____________________________
GİRİŞ
İnformasiya
sistemi dedikdə, qərarın hazırlanması və
qəbulu ilə bağlı olan informasiya proseslərini və idarəetmə
servisini həyata keçirən aparat
və proqram vasitələrinin,
həmçinin informasiya resurslsrının əlaqəli məcmusundan ibarət
texniki sistem başa düşülür.
İnformasiya sistemlərinin işlənib hazırlanması və
tətbiqindən əsas məqsəd şirkətin idarə edilməsi üçün müasir
informasiya infrastrukturunun yaradılmasıdır. Şirkət 3 səviyyədə
idarə edilir: strateji, taktiki və operativ.
Strateji
idarəetmə
səviyyəsində
informasiya
sistemlərinin vəzifəsi şirkət rəhbərliyini
uzunmüddətli inkişaf
meyli, ən yaxşı texnologiya, ən yaxşı məhsul, ən yaxşı
idarəetmə metodları barədə
olan informasiya ilə təmin
etməkdən ibarətdir ki, bu da şirkətin uzaq perspektivdə rəqabət
qabiliyyətini qoruyub saxlamağa imkan verən strategiyanın
hazırlanmasında istifadə edilir.
Taktiki
idarəetmə
səviyyəsində
informasiya
sistemlərinin vəzifəsi şirkətdəki orta və yüksək idarəetmə
həlqələrinin mütəxəssislərini maksimum
cəld və keyfiyyətli
informasiya ilə təmin etməkdən ibarətdir ki, bu da ən yaxşı
qərar qəbulu üçündür.
Operativ idarəetmə
səviyyəsində informasiya
sistemlərinin vəzifəsi ilkin informasiyanın daxil edilməsi,
işlənməsi və lazımi sənədlərin təqdim edilməsi ilə bağlı, çoxqat
təkrar edilən bezdirici işlərin cəld və keyfiyyətli icrasını təmin
etməkdən ibarətdir.